Tailand polisi 13 qətldə hamilə qadından şübhələnir

88

Tailandın hüquq-mühafizə orqanları hamilə sakinin ən azı 13 dostunun pullarını və zinət əşyalarını götürmək üçün sianidlə zəhərləməsindən şübhələnirlər.
Elchi.az New Straits Times-ə istinadən xəbər verir ki, yüksək rütbəli polis məmurunun 35 yaşlı arvadı Sararat Rangsivuthuaporn bir neçə il ərzində 9 nəfəri öldürməkdə şübhəli bilinərək həbs edilib.
Hüquq-mühafizə orqanları bunun səbəbini qızıl-zinət əşyaları və pul adlandırsalar da, eyni zamanda saxlanılan zaman 4 aylıq hamilə olan məhbusun psixi problemləri olduğu müəyyən edilib.
Bir müddət sonra hüquq-mühafizə orqanları aydınlaşdırdılar ki, 2020-ci ildən başlayaraq azı 13 nəfərin şübhəli ölümü faktları ilə bağlı araşdırma aparılır. “The Nation Thailand”ın məlumatına görə, qadının qurbanlarının yaşı 33-44 arasındadır.
Tayland polis rəisi Surachate Hakparn deyib: “O, qəsdən adam öldürməkdə ittiham olunub”.
Xatırladaq ki, bir müddət əvvəl lotereyada qalib gələn amerikalı sianidlə zəhərlənmişdi.

Şayəstə Hüseynova