Tailand parlamentinin Nümayəndələr Palatası 2026-cı il yanvarın 31-də buraxılacaq.
Elchi.az xəbər verir ki, “PBS” telekanalının məlumatına görə, bu barədə krallığın parlamentində yeni hökumətin proqramını əks etdirən siyasi bəyanatla çıxış edən Tailandın baş naziri Anutin Çanvirakun bildirib.
“Oktyabrın 1-i hökumət işinin ilk günü hesab edəcəyik və dörd ay sonra, yanvarın 31-də Nümayəndələr Palatası buraxılacaq. Beləliklə, növbədənkənar parlament seçkiləri 2026-cı ilin aprel və ya mayında keçirilə bilər”,-deyə o, bildirib.
Çanvirakun prioritet məqsədlər kimi aşağıdakıları müəyyənləşdirdi:
“Kamboca ilə sərhəd münaqişəsinin sülh yolu ilə həlli, Taylandın turizm sənayesinin bərpası və əsas mal və xidmətlərin qiymətlərini aşağı salmaqla vətəndaşların rifahının yaxşılaşdırılması”.
Yeni kabinet həmçinin monarxiyaya əsaslanan demokratik sistemin bütövlüyünü qoruyaraq konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi prosesini dəstəkləməyi öhdəsinə götürüb.
Yeganə





















