Tayland Hərbi Dəniz Qüvvələrinə məxsus “Sikhothai” korveti (ikinci dərəcəli gəmi) gecə yarısı Siam körfəzində patrul xidməti zamanı batıb.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, 75 dənizçi xilas edilib, 31 nəfər hələ də sudadır, və intensiv axtarış tədbirləri davam etdirilir.
Siam körfəzində, Praçuapkirikxan əyalətindən 20 mil aralıda gəmi kəskin əyilib və xeyli miqdarda su gəmini basıb, nəticədə elektrik şəbəkəsində qısaqapanma baş verib, mühərriklər söndürülüb.
Bildirilir ki, yüksək dalğaların təsiri və güclü küləyin əyilməsini düzəldə bilməyən gəmi yenidən silkələnib. Gəmi yerli vaxtla saat 00:12-də batıb.
Yeganə