“Xarici mütəxəssislərin fəsillik proqnozuna görə bu il qış fəslində temperaturun 1 dərəcəyə kimi yüksək olması ehtimalı 60 % təşkil edir”.
Elchi.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, uzunmüddətli proqnozların verilməsi çətindir: “Ona görə də indidən qış fəsli ilə bağlı nəsə demək yalnız fərziyə kimi qəbul oluna bilər. Etibarlı informasiya 1-3 gün arasında olan müddəti əhatə edir”.