"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Təhsil kreditləri bütün tələbələr üçün əlçatan deyil” – Qüdrət Həsənquliyev

15 İyul 2026 - 09:20
in MANŞET, SİYASƏT
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Şuşada keçirilən IV Qlobal Media Forumu barədə fikirlərinizi bilmək istərdik…

– Prezidentin Forumun işinə qatılması onu böyük siyasi hadisəyə çevirir. Forumun yüksək səviyyədə təşkili və beynəlxalq miqyasda doğurduğu əks-səda layiqincə qiymətləndirilməlidir. Forum regional sabitliyin təmin olunmasında Azərbaycanın əhəmiyyətini və oynadığı rolu növbəti dəfə nümayiş etdirdi.

– Qüdrət bəy, 2025-26-cı tədris ili bitdi, yeni dərs ili başlayır, universitet məzunlarının işlə təmin olunması məsələsi, təhsil kreditlərinin verilməsi cəmiyyətdə ciddi müzakirə mövzusudur. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı…

– Öncə kollecləri və ali təhsil müəssisələrini bitirən gəncləri təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Təəssüf ki, çoxsaylı məzunlar ləyaqətli həyatlarını təmin edəcək qədər əməkhaqqı verilən, yüksək ixtisas tələb olunan işlər tapmaqda çətinlik çəkirlər. Təhsil müəssisələri istehsalat və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrlə, şirkətlərlə əməkdaşlıq etməli, öz məzunlarına iş tapmaqda kömək etməlidirlər. Ölkədə qeydə alınmış işsizlərin 28.2 %-ni gənclər təşkil edir. Konstitusiyanın “əmək hüququ” adlanan 35-ci maddəsinin 8-ci bəndinə görə dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməlidir. Ali təhsilli gənclər satıcı işləməməlidir, dövlət yüksək ixtisaslı iş yerlərinin açılması üçün iqtisadi islahatları genişləndirməlidir.

Eyni zamanda bu il tələbə adı qazanmış gənclərimizi təbrik edirəm. 2025-ci ildə 57236 gənc və onlardan 29280-i ödənişli əsasla təhsil almaq hüququ qazanmışdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, təhsil kreditləri bütün tələbələr üçün əlçatan deyil. Bu səbəbdən 2025-ci ildə 13 minə qədər tələbə, bunlardan 6122 nəfər bakalavr, 1897 nəfər magistratura səviyyəsində təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil müəssisələrindən xaric olunublar. Təəssüf ki, yalnız ödənişsiz yerləri seçdiyi üçün qəbul olunmayanların sayı DİM tərəfindən ayrıca açıqlanmır. Hazırda standart təhsil krediti almaq üçün tələbənin “ümumi orta müvəffəqiyyət göstəricisi” 71 baldan yuxarı olmalı və illik təhsil haqqının 20%-i ödənilməlidir. Hesab edirəm “Təhsil haqqında” qanuna əlavə etməliyik ki, qəbul haqqında sənədi təqdim edən istənilən tələbə təhsil krediti almaq imkanına malik olsun.

Təəssüf ki, ölkəmiz xeyriyyəçilik səviyyəsinə görə beynəlxalq indekslərdə orta və aşağı-orta səviyyədə qiymətləndirilir. Ölkəmizdə hər kəs, din xadimləri, ziyalılar, QHT-lər, media xeyriyyəçiliyin, təhsilə yardımın savabları barədə danışmalı, ölkəmizin xoşbəxt gələcəyinin bundan asılı olması təbliğ olunmalıdır. Konstitusiyanın 38-ci maddəsinin 5-ci bəndinə görə dövlət xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün imkanlar yaratmalıdır.

Bu gün Qərb ölkələrində ayrı-ayrı özəl şirkətlər elmi araşdırmalara milyardlarla vəsait ayırır. Universitetlər sahibkarlara müraciət ünvanlamalı, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək vermələrini xahiş etməlidir. Tələbələr ödənişli ixtisasları seçməkdə tərəddüd etməməlidir. Bir nəfər də olsun gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırmamalıdır. Hökumət ali məktəblərə və kolleclərə qəbulu orta məktəbin buraxılış imtahanları əsasında keçirməli və bununla da repetitorluğa son qoymalı, kollec və ali məktəblərin buraxılış imtahanlarının test yolu ilə DİM tərəfindən keçirilməsini təmin etməlidir.

Previous Post

Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib

Next Post

Bu günün valyuta məzənnələri

Bənzər yazılar

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib. Bu barədə Elchi.az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13

Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Azərbaycan Respublikasının...

Next Post
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qoşqusunda 31 ton dizel olan avtomobildə yanğının qarşısını alıb - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

24 Oktyabr 2026 - 10:52
Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

24 Oktyabr 2026 - 10:50
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

24 Oktyabr 2026 - 10:49
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

24 Oktyabr 2026 - 10:45
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazandılar

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazandılar

24 Oktyabr 2026 - 10:05
Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır

24 Oktyabr 2026 - 10:03
Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

24 Oktyabr 2026 - 10:02
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

24 Oktyabr 2026 - 10:01
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb

ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb

24 Oktyabr 2026 - 09:59
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

24 Oktyabr 2026 - 09:58
Dünya bazarında neft kəskin bahalaşıb

Dünya bazarında neft kəskin bahalaşıb

24 Oktyabr 2026 - 09:56
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57
Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.