"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

“Təhlükəsiz iş aylığı”

04 May 2015 - 14:28
in SOSİAL
FacebookVatsap

11178271_861033330622370_1316766146366720097_nAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ötən ay Azərbaycanda elan olunmuş “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirib. F.Əlizadə Xidmət tərəfindən nəzarət tədbirləri ilə yanaşı, əməyin mühafizəsi məsələlərinə işəgötürənlərin diqqətinin artırılması üçün maarifləndirici və qabaqlayıcı tədbirlərə də xüsusi önəm verildiyini vurğulayıb: “Hələ 2014-cü ilin sentyabr ayından başlayaraq ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək isə “Təhlükəsiz iş ongünlüyü” keçirilib. Cari il aprel ayının “Təhlükəsiz iş aylığı” elan edilməsi də bu yöndə tədbirlərin davamı olmaqla, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, işçi əməyinin təhlükəsizliyi ilə bağlı işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına xidmət edib”.
Aylıq çərçivəsində konkret Tədbirlər Planı əsasında aparılan işləri diqqətə çatdıran F.Əlizadə bildirib ki, bu dövrdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Bərdə, İmişli, Qazax rayonlarında yerləşən 12 iri müəssisənin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı onlara əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilib. Habelə işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları cavablandırılıb, eləcə də əməyin mühafizəsi tələblərinin pozulmasına görə işəgötürənlər üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri onların nəzərinə çatdırılıb. Həmin müəssisələrdə yaradılmış əmək şəraitlərinə BAXIŞ olub, onlara müvafiq hüquqi-praktik izahatlar verilib. Xidmət rəisi qeyd olunan dövrdə tikinti obyektlərində, eləcə də mişar, dekorativ və üzlük daşlarının istehsalı sahələrində (daş karxanalarında), yəni istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə nəzarət tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb: “Təhlükəsiz iş aylığı” çərçivəsində ümumilikdə 49 müəssisədə əməyin mühafizəsi vəziyyətinə nəzarət tədbiri həyata keçirilib. Onu da bildirim ki, hələ cari ilin əvvəllərində digər müəssisələr kimi, bu müəssisələrə də rəsmi məktubla müraciət olunaraq, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə ARADAN QALDIRILMASI barədə icrası məcburi olan göstəriş verilib, bu sahədə vəziyyətin araşdırılacağı bildirilib. Buna baxmayaraq, onlardan 28-də sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı hüquq pozuntuları aşkar edilib. Həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən ümumilikdə 52500 manat məbləğində cərimələr tətbiq olunub. Daha ciddi hüquq pozuntularının aşkar edildiyi və işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitinin mövcud olduğu, digər tərəfdən qeyri-leqal işçilərin işə cəlb olunduğu 6 müəssisədə (daş karxanasında) Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının iştirakı ilə birgə dövlət nəzarəti tədbirləri həyata keçirilib və bu müəssisələrdə işlər aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb”.
F.Əlizadə ötən dövrdə görülən tədbirlər nəticəsində bir sıra mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan müəssisələrdə müsbət istiqamətdə müəyyən işlərin görüldüyünü qeyd edib: “Mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan 18 müəssisədə (daş karxanasında) nöqsanların aradan qaldırılması yönündə artıq müəyyən işlər görülüb. Əvvəllərdə həmin müəssisələrdə işçilər üçün nəinki sanitar-gigiyenik şərait yox idi, hətta yemək və soyunub-geyinmə üçün otaqlar belə mövcud deyildi. Bu gün isə onlarda müvafiq işlər görülməklə, həmin dözülməz şərait aradan qaldırılıb, işçilər üçün zəruri otaqlar yaradılıb, onlar fərdi mühafizə vasitələri ilə təmin olunublar, istehsal qəzalaraının qarşısının alınması üçün önləyici tədbirlər görülüb”.
Xidmət rəisi əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin güclənməsinin, işçilər və işəgötürənlər arasında mütəmadi məlumatlandırma tədbirlərinin müsbət nəticələrini qeyd edib: “Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 40 faiz azalaraq 33-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı 49 faiz azalaraq 25 nəfərə, ölənlərin sayı isə 50 faiz azalaraq 8 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə qeydə alınıb, lakin bu ilin birinci rübündə belə hadisə baş verməyib”. O, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin əsasən hündürlükdən yıxılma, sürüşmə (büdrəmə), zərbə nəticəsində və s. ilə bağlı olduğunu qeyd edib.
F.Əlizadə həyata keçirilən dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3327 hüquq pozuntusunun aşkar edildiyini nəzərə çatdırıb: ”Əmək qanunvericiliyinin daha çox özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında pozulduğu müəyyən edilib. Aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tətbiq olunmuş cərimələrin 50,07 faizi (414 697 manat) dövlət büdcəsinə ödənilib. Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 37901 manat və ya 10,05 faiz çoxdur”.
Cari ilin ilk rübündə 1758 vətəndaş müraciətinin araşdırıldığını da bildirən F.Əlizadə əlavə edib ki, bu müraciətlər araşdırılarkən vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı aşkar edilən halların aradan qaldırılması üçün dərhal müvafiq tədbirlər görülüb: “Bu dövrdə Xidmət gecikdirilmiş 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib ki, bu məbləğin 75841 manatı (73,2%) əmək haqlarından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22200 manatı (21,4%) sosial müavinət və kompensasiyalardan ibarət olub. Həmçinin işdən qeyri-qanuni azad olunan 7 nəfərin yenidən öz əvvəlki işinə BƏRPA olunması təmin edilib”.
Ötən ilin ortalarında istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açan F.Əlizadə cari ilin 24 aprel tarixinə olan məlumata əsasən, bu sistemə 2 milyon 156 min əmək müqaviləsi bildirişinin daxil edildiyini bildirib. O həmin bildirişlərin 1,56 milyon ədədinin (72,4 faiz) əmək müqaviləsinin bağlanması, 351 min ədədinin (16,3 faiz) əmək müqaviləsinə dəyişikliyin edilməsi, 243,6 min ədədinin (11,3 faiz) əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı olduğunu nəzərə çatdırıb: “Hazırda sistemdə aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1257251 ədəddir. Onların 661216 ədədi kişi, 596035 ədədi isə qadın işçilər üzrədir. Yaş qrupları üzrə onlardan 1337 ədədi 15-18 yaş, 506485 ədədi 25-40 yaş, 305021 ədədi 53-65 yaş arasında olan, 24768 ədədi 65 yaşdan yuxarı, 419640 ədədi isə digər yaş qruplarında olan şəxsləri əhatə edir.
F.Əlizadə DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarından da söz açıb. O, bildirib ki, indiyədək müxtəlif müəssisələr üzrə artıq 349 nəfər mütəxəssis həmin kurslarda əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair təlim keçib və müvafiq sertifikatlar alıblar. Bu kurslarda əldə etdikləri bilik və təcrübə onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsinin təşkilinə müsbət təsir göstərir.
Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Asif MEHMAN,

AİM.AZ

Previous Post

“Təhlükəsiz iş aylığı”

Next Post

Sərkisyan Əliyevdən qabaq Obama ilə görüşə can atır – günün manşeti

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Sərkisyan Əliyevdən qabaq Obama ilə görüşə can atır - günün manşeti

Sərkisyan Əliyevdən qabaq Obama ilə görüşə can atır - günün manşeti

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.