"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”

03 İyun 2016 - 12:13
in XƏBƏR LENTİ
FacebookVatsap

azercell_logo

Bunu da oxuyun

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

İran səfiri Küveyt XİN-ə çağırılıb

Azercell İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən İnternet təhlükəsizlik sahəsində Kaspersky Lab şirkəti ilə əməkdaşlığa başlayıb. Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü İnternetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq.

“Uşaqlar gələcəyimizdir və onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir.” Bu fikirlər Azercell-in Kaspersky Lab şirkətinin əməkdaşlığı ilə həyata keçirdiyi “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsinin təqdimatında səslənib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə ilk öncə şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək uşaqların daim qayğı və diqqətə ehtiyacları olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın lider mobil rabitə şirkəti olaraq Azercell cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, həmçinin kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib.

Tədbirdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi ilə bağlı qısa məlumat da açıqlanıb. Daha sonra “Ümidli Gələcək” gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsi haqqında məlumat veriblər.

Layihə çərçivəsində İnternet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan birincisi – “Universal Müdafiə” xidməti adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır.

İkinci məhsul olan “Android üçün müdafiə” xidməti əsasən Android əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security – Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır.

Üçüncü məhsul “Valideyn nəzarəti” adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir.

Əməkdaşlığa dair fikirlərini bildirən Kasperky Lab şirkətinin Azərbaycandankı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd etmişdir: “Azərbaycanın aparıcı telekommukasiya şirkəti Azercell-lə tərəfdaş olmaqdan məmnunuq. İndi Azercell-in geniş müştəri bazası kiber-təhdidlərə qarşı etibarlı qorunmaq üçün sürətli və asan həllər əldə edəcək. PK istifadəçiləri və Android platforması ilə işləyən cihaz sahiblərinin müdafiəsi üçün təqdim etdiyimiz məhsullar dəyərli məlumatların qorunmasında və İnternet şəbəkəsindəki fəaliyyətlər üçün rahat və təhlükəsiz mühit yaratmaqda Azərbaycandakı bir çox ailələrə yardımçı olacaq. Əsas diqqəti İnternetdən daha fəali istifadə edən və orda fərqli təhlükələrlə üzləşə bilən uşaqların təhlükəsizliyinə ayrıcayıq”.

Tədbiri maraqlı edən məqamlardan biri də konfransa KİV nümayəndələrinin övladları ilə birgə dəvət olunması olub. Tədbirin fəal içtirakçıları və kommunikasiya dəstəkçiləri “Active Moms Club” analar cəmiyyətinin valideynləri də təqdimat mərasiminə övladları ilə birlikdə qatılıblar. Rəsmi hissədən sonra uşaqlara və tədbirin qonaqlarına Pantomima teatrının “Fəlakət və insan” tamaşası təqdim olunub və hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlara tədbirdə sözü gedən təhlükəsizlik məhsullarından 6 ay müddətində pulsuz istifadə etmək üçün kodlar da daxil olmaqla dəyərli hədiyyələr təqdim olunub.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

Kaspersky Lab 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. Kaspersky Lab-ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. Kaspersky Lab şirkətinin texnologiyaları 400 milyon istifadəçi və 270 min korporasiya müştərisini və onlara mühüm olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.

Previous Post

“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”

Next Post

Fransanın “Daily Sabah” nəşri: Lütfən, Tarixi tarixçilərə buraxın!

Bənzər yazılar

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

29 Noyabr 2026 - 11:40

Evində pişik saxlayan insanların gələcəkdə şizofreniyaya tutulma ehtimalının daha yüksək ola biləcəyi iddia edilir. Elchi.az xəbər verir ki, bu qənaətə...

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

29 Noyabr 2026 - 11:35

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan...

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10

Küveyt Xarici İşlər Nazirliyi (XİN) iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatları ilə hücumdan sonra İranın səfiri Məhəmməd...

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb. Elchi.az -ın  məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib....

Next Post

Fransanın “Daily Sabah” nəşri: Lütfən, Tarixi tarixçilərə buraxın!

Fransanın “Daily Sabah” nəşri: Lütfən, Tarixi tarixçilərə buraxın!

Son xəbərlər

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

29 Noyabr 2026 - 11:40
Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

29 Noyabr 2026 - 11:35

Şahmat arxivindən: Zəhra Allahverdi son turdan əvvəl çempionluğu təmin edib

29 Noyabr 2026 - 04:56

Şahmat arxivindən: Aydın Süleymanlının Honkonqda Karlsen üzərində qələbəsi

29 Noyabr 2026 - 04:43
“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

28 Noyabr 2026 - 20:17
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

28 Noyabr 2026 - 14:02

FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib – VİDEO

28 Noyabr 2026 - 13:58
Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

28 Noyabr 2026 - 13:20
“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

28 Noyabr 2026 - 12:57
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

28 Noyabr 2026 - 12:32
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Noyabr 2026 - 12:19
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

28 Noyabr 2026 - 12:03
Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

28 Noyabr 2026 - 11:45
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

28 Noyabr 2026 - 11:29
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

28 Noyabr 2026 - 11:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.