"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Fransanın “Daily Sabah” nəşri: Lütfən, Tarixi tarixçilərə buraxın!

03 İyun 2016 - 12:17
in MANŞET
FacebookVatsap

Daily Sabah

Bunu da oxuyun

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Tramp: İran çökməkdə olan bir ölkədir

Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsinin qəbulu Türkiyə və Azərbaycan içtinaiyyəti tərəfindən böyük təpkilərlə qarşılandı, hətta Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu geri çağırdı. Türkiyənin sərt şəkildə etiraz etdiyi qanun layihəsinin təsdiq olunduğu iclasa Almaniya kansleri Angela Merkel qatilmadığı da bildirilir. Fransa tarixçisi Maksim Qoenin (Maxime Gauin) “Daily Sabah”da dərc edilən köşə yazısı da tarixə münasibət və layihəyə etiraz baxımından olduqca aktuallığı ilə diqqəti cəlb edir. Məqalənin orijinalı Fransada 3 dildə-fransız, alman və ingilis dillərində yayımlanıb. Köşə yazısının millət vəkili, Fransa-Azərbaycan parlamentlərarası işçi qrupun üzvü Cavanşir Feyziyev tərəfindən redaksiyaya təqdim olunan Azərbaycan dilinə tərcüməsini oxuculara çatdırırıq.
Lütfən, Tarixi tarixçilərə buraxın!
Son dəfə qondarma “erməni soyqırımının” Yerevanda yad edilməsi Ermənistan hökumətinin çətin vəziyyətdə olduğunu təsdiq etdi. Əlbəttə ki, Avropa İnsan Haqları Məhkəməsi qarşısında “Perinçek İsveçrəyə qarşı” işi üzrə məğlubiyyətdən sonra Ermənistan hökuməti 1915-16-ci illər faciəsinə heç bir aidiyyəti olmayan mükafatları Corc Kluni (George Clooney) kimi tarixə aid qərar vermək səlahiyyəti olmayan incəsənət xadimlərinə paylamaqla diqqəti cəlb etməyə çalışır. Bu minvalla da Jan-Mark Ara Toranyanın və Murad Frank Papazyanın həmsədrlik etdiyi Fransa erməni birliklərinin Koordinasiya Şurası ötən ildəkindən fərqli olaraq bu il 24 aprel yığıncağına Avropa məsələləri üzrə baş katibin müavinindən yüksək vəzifəli məmuru cəlb edə bilmədi.
Bununla belə, bəzi siyasətçilər Almaniyada Berlinin 2015-ci ilin əvvəlindəkirəsmi mövqeyini dəstəkləmək cəhdlərini əsirgəmədilər. Doğrudan da, o zaman Almaniya hökuməti beynəlxalq məhkəmə qərarının olmaması səbəbindən  “erməni soyqırımı” iddialarını tanımaqdan açıq-aşkar imtina etmişdi. Heç təəccüblü deyil ki, bu imtina türklər və ermənilərin tarixi barədə qərarın Türkiyənin şərqindəki Ərzurum və Bitlis şəhərlərini hətta xəritədə belə göstərə bilməyən şəxslər tərəfindən verilməsinə cəhd edənləri hiddətləndirmişdi. Həmişə olduğu kimi, onlar Yohan Lepsiusa (Johannes Lepsius) istinad edirlər, özləri də bilərəkdən unudurlar ki, Lepsius özünün qatı sağçı, irqçi və anti-semit baxışları ilə ekstremist bir hərb tərəfdarı idi və həm də erməni məsələsi ilə bağlı 1919-cu ildə nəşr etdirdiyi alman diplomatik sənədlərini bilərəkdən saxlataşdırmışdı. Bu saxtakarlıq 13 il əvvəl Mustafa Çolak tərəfindən ifşa edildi (Türk Tarix Qurumu Bülleteni, LXVI cild, № 247, Dekabr 2002). Çolak Lepsius-un nəşr etdiyi versiyanı sənədlərin əsli ilə müqayisə edərək onların faksimillərini yuxarıda adı gedən nəşrə əlavə edib. Daha yaxın tarixdə isə Lepsius-un saxtakarlıqlarını Günter Levi (Guenter Lewy) özünün “Osmanlı Türkiyəsində Erməni Kütləvi Qırğını” kitabında təhlil edib. Müvafiq olaraq, indi artıq qəti şəkildə müəyyən edilib ki, 1921-ci ildə Berlində Talat Paşanı qətlə yetirən  Soğomon Tehliryanın müdafiəsi Tehliryanın tamamilə uydurma həyat hekayəsinə əsaslanmışdı. Bu mudafiədə Lepsiusun da böyük xidmətləri olmuşdu. Bunun üçün məsələn,Jacques Derogy-nin “Müqavimət və İntiqam”, Marian Nesrobyan MacCurdy-nin “Müqəddəs Ədalət: Erməni Nemesis Əməliyyatının Səsləri və İrsi” əsərlərinə baxmaq kifayətdir.  Belə ki, məhkəmə zamanıTehliriyan özünü bu cinayəti təkbaşına törətmiş kimi qələmə versə də, əslində o, 1919-1920-ci illərdə erməni inqilab federasiyası tərəfindən yaradılmış mütəşəkkil bir cinayətkar qrupun (Nemesis) üzvü olub. O deyirmiş ki, guya ailəsinin qırğına məruz qalmasının şahidi olub, halbuki onun atası hələ birinci dünya müharibəsi başlamazdan əvvəl Belqrada köçmüş və 1915-ci ildən xeyli sonralar oradaca öz əcəli ilə vəfat etmişdir. Tehliriyan guya bacısının oğurlanmasını gözləri ilə gördüyünü iddia edirmiş, halbuki onun heç vaxt bacısı olmayıb. Qatil guya tam bir təsadüf nəticəsində qırğından canını qurtardığını bildirsə də, əslində 1914-cü ildən Tehliriyan özü də Belqradda olub və elə orada da rus ordusuna qoşulub. Beləliklə, əslində o Şərqi Anadoluda heç bir qırğının çşahidi olmayıb və heç zaman Osmanlı Ordusu tərəfindən məcburi köçürülməyə də məruz qalmayıb.
Alman cəmiyyətinin son yetmiş ildə təkamülünün dəqiq hüdudlarını bilmək istəyirsinizsə, Aryan irqinin guya ali irq olmasına inanan və öz inamını düşüncəsinin və hərəkətlərinin mərkəzinə qoyan, habelə qətli əsaslandırmaq üçün yalanlar uyduran Lepsius kimi bir avantüristinbu gün Almaniya Federal Parlamentində istinad mənbəyi olması faktı, əlbəttə ki, digər məsələlərlə də yanaşı mübahisə doğuran bir haldır.
Lepsiusun iğtişaş təhdidləri
Erməni məsələsi ilə bağlı Yohan Lepsius haqqında toplanmış bütün ifşaedici bilgilərə rəğmən yenidən ona istinad edilməsi ilə yanaşı, şübhəli şəxslərdən arqument gətirməkbu gün Almaniyada dönə-dönə istifadə olunan bir tendensiyaya çevrilib. Xüsusilə də ötən ildən başlayaraq davam edən Zabel Yesayana (1878-1943) istinadlar bunun parlaq nümunəsidir.
Zabel Yesayan “Hürriyet”: “Daily News”-un əməkdaşı William Armstrong kimi sadəlövh insanlar tərəfindən sadə yazıçı, səmimi bir Osmanlı tərəfdarı və buna görə də etibarlı mənbə sayılan şəxs kimi təqdim olunub. Elə buradan aydın görünür ki, belə fikir yürüdən adamlar heç vaxt heç bir arxivdə işləməyiblər. Əslində Yesayan ifrat erməni milliyyətçisi idi. O, Bütöv Ermənistan uğrunda Nümayəndə Heyətini təmsil edirdi, daha dəqiq desək, Yesayan Adanada, Birinci Dünya Müharibəsindən sonra Qafqazdan Mersinədək uzanan Ermənistan iddiasında idi. Bu nümayəndə heyətində üstünlüyü Ramgavar partiyası təşkil edirdi və bu partiya millətçi təşkilat olmaqla Erməni Legionunda cinayət və intizamsızlıqlara görə fransız zabitləri tərəfindən günahlandırılırdı. Xüsusilə 1919-cu ildə Ramgavar partiyasının Misir şöbəsi tərəfindən göndərilən “erməni üsyanını  təbliğ edən” və Fransanının adını alçaldıcı sözlərlə ifadə edən nifrətamiz məzmunlu məktubların fransız senzurası tərəfindən ələ keçirilməsiona qarşı iddiaların əsasını təşkil edirdi. 1920-ci ilin ortalarında fransızlar tərəfindən Kilikiya işğalının Ermənistan dövlətinin qurulmayacağı ilə sona yetəcəyini anlayan Yesayan İstanbula gedir və verəcəyi bəyanatın əks təsirini dərk etmədən,öz bəyanatında Fransa Ali Komissarı Albert Defransı təhdid edirdi. Yeseyanın planına görə, fransızların Kilikiya və Adana ərazisində Ermənistan yaratmaq təşəbbüsünə rədd cavabı verdiyi təqdirdə “ermənilər aranı qızışdıraraq müsəlmanlarla caxnaşma və insidentlər yaratmalı idilər” və beləliklə də,fransızları bu iğtişaşlara müdaxilə etməyəvə yaxud daimi orada qalmağa məcbur etməli idilər. Bütün bunlar sadəcə boş sözlər deyildi. Bu məqsədlə həm də İzmirin erməni məşhurları iğtişaşların törədilməsi və fransızların müdaxiləsini təmin etmək üçün döyüş təşkilatlarının yaradılmasına 100 min lirə ianə toplamışdılar. Albert Defransın 1920-ci il iyulun 4-də Quai d’Orsay-a göndərdiyi teleqramda belə deyilirdi: “Daha dramatik olanı isə budur ki, 1920-ci ilin iyununda, Yesayanın “iğtişaş törətmək” təhdidindən bir neçə həftə əvvəl erməni və assuriyalılardan ibarət bir qrup Adana yaxınlığındakı Camili kəndində əksəriyyəti qadın və uşaq olmaqla 45 türkü qətlə yetirib. Qətliam barədə hesabatın müəllifi kapitan Dromardın sözlərinə görə bəzi qurbanlar “vəhşicəsinə eybəcər hala salınmışdı”. Bu qırğının əsas təşkilatçılarından biri fransız zabiti, leytenant Jak Lömeqr Dübröy tərəfindən istintaq aparılmadan güllələnmişdi; qalan  26 nəfər isə, 5-i ölüm cəzasına məhkum edilməklə  Adananın fransız hərbi məhkəməsi tərəfindən cəzalandırılmışdı.” (Həmin teleqram indi La Courneuvedə Xarici İşlər Nazirliyinin arxivində saxlanır. Mikrofilm 16674.)
Bundan sonra erməni millətçilərinin 1920-ci il iyulun 10-da təşkil etdikləri anti-türk qiyamları əksəriyyəti müsəlman sakinlərdən ibarət olan şəhəri faktiki olaraq müsəlmanlardan təmizlədi. Bundan çox hiddətlənmiş fransız inzibatçısı, polkovnik Eduard Bremond erməni və assuriyalı cinayətkarların məhkəməsiz edam edilməsini (asılmasını) və edamdan sonra cəsədlərin ictimai yerlərdə nümayiş olunmasını əmr edir. (1920-ci il 10 iyul əmri ilə Nantez diplomatik arxiv mərkəzində [CADN], qutu 1SL/1V/139-də tanış olmaq olar.) Beş erməni və bir assuriyalı dar ağacından asılır, altıncı erməni qaçmağa cəhd göstərərkən güllələnir. Yalnız belə radikal tədbirlərin görülməsi nəticəsində sakitliyi bir qədər bərqərar etmək mümkün olur. Eyni zamanda fransız administrasiyasının maliyyə məsələlərinə məsul şəxs olan Paul Bernard öz qəzəbini şəxsi gündəliyində belə ifadə edirdi: “Bizi ləkələmək, şantajvə təhrik etməküçün ermənilər əllərindən gələni edirdilər. Həqiqət budur.” Yesayanın iğtişaşlar barədə təhdidlərini biləndən sonra bu yazının mənası daha yaxşı başa düşülür.
Daha sonra Yesayanın təhrikçiliyi ilə erməni millətçilərinin anti-semit ənənələrinin davamı olaraq və Fransaya ənənəvi bağlılığı olan yəhudi icmalarını hədəfə almaq və çox güman ki, bununla da Osmanlı hökumətinə problem yaratmaq məqsədi ilə erməni soyğunçuları Adanadakı sinaqoqa da hücum edirlər (mayor Tommy Martinin 1 avqust 1920-cil il tarixli hesabatından. CADN. qutu 1SL/1V/135).
Bütün bunları bildikdən sonra Yesayanın əsl sifəti və onun Albert Defransa etdiyi xəbərdarlığın mahiyyəti daha aydın görünür. Sonucda bu təhdidlər qismən də olsa həyata keçdi. Erməni millətçi qrupları öz dindaşlarına, təqribən 60.000 erməniyə təzyiqlər edərək, onları 1921-ci ilin sonunda Kilikiyanı fransız ordusu ilə birgə tərk etməyə məcbur etdilər və onların yeni Türkiyədə türklərlə birgə yaşayışına mane oldular. Türklərlə ermənilərin birgə yaşayışının qarşısını almaq həm Kamalçı, həm də Fransız hökumətini iqtisadi cəhətdən narahat edən məsələ idi. Xüsusilə 60.000 insana Suriya və ya Livanda ev tikmək maliyyə cəhətdən çox baha başa gəlirdi.
Köçürmə üzrə fransız komissiyasının müşahidələrinə görə türk və fransız dəstələrinin əvəzlənməsi heç yerdə qalmaqallı hadisələrlə müşaiyət olunmamış və xidmətlərin bir-birini əvəzləməsi normal bir şəkildə baş tutmuşdur. Təxliyə üzrə fransız komissiyasının hesabatından göründüyü kimi, Türk ordusunun çıxarılması (geri çəkilməsi) vəmənzil başına gəlib çatması zamanı “heç bir insident qeydə alınmayıb”.
1921-ci ilin dekabrın 9-da pravoslav, katolik və protestant təriqətlərinə aid icmaların rəhbərləri onlarla danışıq aparan baş fransız vasitəçisi Henry Fankllin-Bouillon-a bəyan edirdilər ki, Kilikiyada qalmaq istəyən ermənilərə özekstremist dindaşları tərəfindən təzyiq və təhdidlər edilərək köçüb getməyə məcbur edilirdilər. Bu gün həmin regionda ermənilərin demək olar ki, heç qalmamasının da əsl səbəbi budur. Beləliklə, 1915-16-cı illərdə qiyamların qarşısının alınması məqsədiləhəyata keçirilmiş məcburi köçürmə tədbiri isə Osmanlı ermənilərinin demoqrafik itkilərinin – ölüm və miqrasiyanın səbəblərindən yalnız biridir. Lakin bu yeganə səbəb olmaqdan çox-çox uzaqdır.
Sonda isə mən öz həqiqi rollarını deyəsən unutmuş kimi görünən siyasətçilərə, aktyorlara və müğənnilərə üzümü tutub demək istəyirəm: Lütfən, Tarixi tarixçilərə buraxın!

Previous Post

Fransanın “Daily Sabah” nəşri: Lütfən, Tarixi tarixçilərə buraxın!

Next Post

Prezident onları təltif etdi – SİYAHI

Bənzər yazılar

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42

ABŞ prezidenti Donald Tramp İranın "dağılan ölkə" olduğunu iddia etdi. Elchi.az xəbər verir ki, Tramp sosial media hesabında İran haqqında paylaşımlar etdi....

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun...

Next Post

Prezident onları təltif etdi - SİYAHI

Prezident onları təltif etdi - SİYAHI

Son xəbərlər

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.