"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Sərvəti milyardlarla ölçülən azərbaycanlı “qanuni oğrular” – SİYAHI

23 Fevral 2018 - 09:22
in aktual-banner, Banner, BannerVeteninfo
FacebookVatsap

Bunu da oxuyun

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Ən varlı azərbaycanlılar (bəzi məlumatlara görə, milyarderlər) arasında “qanuni oğrular” Lotu Quli, Yusif Şamxorski, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinski də var. Onların əsas gəlir mənbələri Rusiya ərazisindədir.

Elchi.az xəbər verir ki, bu barədə məlumatları Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinin bəyanatını şərh edərkən verib.

Rusiyanın hüquq-mühafizə orqanlarının qarşısına ifrat ambisiyalı vəzifə qoyulub — “qanuni oğrular”ın ölkədən çıxarılması və kriminal elementlərdən təmizlənməsi.

“Komsomolskaya pravda” qəzetinin məlumatına görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev kriminal avtoritetlərin ölkədən çıxarılması barədə qərar qəbul edib. Hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana yola salınmasına hazırlıq gedir. Qırğızıstana isə 43 yaşlı Kamçibek Kolbayev göndəriləcək. Bir müddət əvvəl isə Baçuka Paçuliya (Pontiyski) Rusiyadan Gürcüstana deportasiya edilib.

Rusiya DİN-i ən fəal “qanuni oğrular”ın siyahısını hazırlayıb. Onlar 432 nəfərdir. Onlardan 318 nəfəri hazırda azadlıqdadır, 114-ü həbsxanada. 31 “qanuni oğru” istintaq altında, 19-u isə axtarışdadır. Həmişə olduğu kimi, kriminal avtoritetlər arasında ilk yeri gürcülər (242) tutur. Sonrakı yerləri ruslar (51), ermənilər (30), yezdilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8) və yəhudilər (7) bölüşür.

Bu yaxınlarda Ukrayna Milli Polisi bildirmişdi ki, Lotu Quli adlı “qanuni oğru” Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır. 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

“Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir” — deyə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazmışdı.

Ukrayna milli polisinin rəhbərliyi bəyan edib ki, ölkə ərazisində mütəşəkkil cinayətkar qruplaşmaların mövcudluğuna və kriminogen situasiyanın gərginləşməsinə imkan verməyəcəklər. Kriminal situasiyaya təsir göstərən şəxsləri polis Ukrayna sərhədlərindən çıxaracaq.

Hazırda Ukraynada mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsini əvəz edəcək mütəşəkkil cinayətkarlıqla mübarizə dəstələrinin yaradılması üzərində iş gedir. Əsas problemləri kriminal avtoritetlərin günahlandırılması üçün dəlillər bazasının zəif olmasıdır. Bunun üçün cinayətkar şəbəkənin üzvləri idarənin əməkdaşlarına tanıdılacaq və onlar gizli iş aparacaqlar.

Ukrayna Daxili İşlər Nazirliyindən sayta verilən məlumata görə, Ukrayna Milli Polisi ölkə ərazisində olan, ölkədə sabitliyin pozulması və kriminogen durumun gərginləşdirilməsi məqsədilə Ukrayna qanunvericiliyini pozan bütün kriminal elementlərlə mübarizə aparacaq. Ukrayna DİN-də də Rusiyanın anoloji qurumunda olduğu kimi “qanuni oğrular”ın siyahısı var. Çünki kriminal avtoritetlər bütün MDB məkanında öz nüfuz dairələrini yaradıblar. Əldə olunan məlumatlara görə, Səlifov hazırda MDB ölkələrindəki bütün göyərti bazarlarını işğal etməyə ciddi şəkildə cəhd göstərir.

Kriminal dairələrə yaxın mənbələrin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının “qara siyahı”sındakı “qanuni oğrular” bunlardır: Nadir Səlifov (Lotu Quli), onun qardaşı Namiq Səlifov, Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski), Yunus Nəzərov (Yunus Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Diplomat Vaqif), İlqar Əliyev, Cavid Məmmədov (Dato Ağcabədinski), Taleh Dağlıyev (Tolik Noqinski), Emin Əhmədov (Emin Hacıqabulski), Rafet Əmirov (Rafet Əlibayramlinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Əli Heydərov (Albert Rıji), Yusif Əliyev (Yusif Şamxorski), Zaur Şipilov (Zaur Naxçıvanski), Ülfət Tağıyev (Rüfət Gəncinski). Onlardan İlqar Əliyev, Taleh Dağlıyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov və Ülfət Tağıyev hazırda Rusiya həbsxanalarındadırlar.

Yunus Nəzərov hazırda Özbəkistan ərazisində yaşayır. Rafet Əmirov Türkiyədədir, lakin İnterpolun Rusiya Milli Bürosu tərəfindən axtarışdadır. Hazırda Lotu Quli də Türkiyədə yaşayır. Cavid Məmmədov Ukrayna ərazisindədir. Qeyd edək ki, onların bir hissəsi Rusiya vətəndaşlarıdır və çoxdan bu ölkəyə yerləşiblər. Siyahıdakı 51 oğru Rusiya pasportu daşıyan slavyanlar və böyük kapital sahibləridir. Onlardan Sergey Aksyonovun (Aksen İzmaylovski) vəsaiti 2 milyard dollar dəyərində qiymətləndirilir. “Bratskoy” mütəşəkkil cinayətkar qruplaşmanın lideri Vladimir Tyurinin (Tyurik) də vəsaiti 2 milyard dollar civarındadır. Digər oğruların vəsaitləri isə bir neçə on milyon dollar həcmindədir.

Bu gün azərbaycanlı “qanuni oğrular” arasında ən varlıları (milyarderlər) Lotu Quli, Yusif Şamxorlu, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinskidir. Arif Mehdiyev və Yunus Nəzərova gəlincə, onların titulları olsa da, pulları yoxdur.

Sözügedən “qanuni oğrular”ın əsas gəlir mənbələri Rusiya və digər MDB ölkələrinin ərazisindədir. Ona görə də, hüquq-mühafizə orqanlarının bu “yeraltı mədəniyyət”dən biryolluq xilas olacağı az inandırıcıdır.

Previous Post

Sərvəti milyardlarla ölçülən azərbaycanlı “qanuni oğrular” – SİYAHI

Next Post

Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Bənzər yazılar

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44

İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb. Elchi.az  xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

17 İyun 2026 - 23:15

Moskva vilayətinin Sergiyev-Posad şəhər dairəsindəki Vixrevo aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə...

Next Post
Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

27 İyul 2026 - 12:30
Laçında 1,2 ton çətənə kolu məhv edilib

Laçında 1,2 ton çətənə kolu məhv edilib

27 İyul 2026 - 12:29
Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

27 İyul 2026 - 12:28
İyul çağırışının gedişatı müzakirə olunub

İyul çağırışının gedişatı müzakirə olunub

27 İyul 2026 - 12:25
Güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb

Güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb

27 İyul 2026 - 12:15
Azərbaycan klubu 9 illik məşqçisi ilə yolları ayırdı

Azərbaycan klubu 9 illik məşqçisi ilə yolları ayırdı

27 İyul 2026 - 12:08
Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciət etdi

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq etdi

27 İyul 2026 - 12:00
Zelenski ukraynalılara dəhşətli bir mesajla müraciət etdi

Zelenski ukraynalılara dəhşətli bir mesajla müraciət etdi

27 İyul 2026 - 11:53
Ağdamda açıq sahədə baş verən yanğın söndürüldü

Ağdamda açıq sahədə baş verən yanğın söndürüldü

27 İyul 2026 - 11:45
Ebola yoluxmaları artır

Ebola yoluxmaları artır

27 İyul 2026 - 11:37
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

27 İyul 2026 - 11:25
Almanların 70%-i ordunun ölkəni qoruma qabiliyyətinə etibar etmir

Almanların 70%-i ordunun ölkəni qoruma qabiliyyətinə etibar etmir

27 İyul 2026 - 11:13
Kolumbiyanın yeni prezidenti Azərbaycandakı səfirliyi bağlamağı planlaşdırır

Kolumbiyanın yeni prezidenti Azərbaycandakı səfirliyi bağlamağı planlaşdırır

27 İyul 2026 - 11:01
Bakıdakı tozlu hava nə vaxta kimi davam edəcək? – Xidmət açıqladı

Bakıdakı tozlu hava nə vaxta kimi davam edəcək? – Xidmət açıqladı

27 İyul 2026 - 10:50
Tramp: Dünyada hər kəsdən daha çox sursatımız var

Tramp: Dünyada hər kəsdən daha çox sursatımız var

27 İyul 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.