"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Şərqi söyləyən qadının hekayəsi

30 Avqust 2016 - 18:50
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Şərqi söyləyən qadının hekayəsi – Aysel Əlizadə Flora Kərimovadan yazır

Məktəbdə oxuyurdum. Müəllimlərimiz ifasına qadağa qoyulan sənətkarın efirə qayıtması üçün imza toplayırdılar. Adamın səsinə necə qadağa qoymaq olar? Kiməsə necə “oxuma” demək olar? Uşaq idim, başa düşmürdüm.   
Böyüdükcə gördüm ki, adama təkcə “oxuma” yox,    “danışma” demək də olur.
Adama “sus”  demək də olur. Adama hətta “yaşama” deyə bilərlər.
Dəfələrlə tanış olmaq imkanım yarandı, yaxın getmədim.
Yaradıcılığını qadağalarla keçirdi. Sənət onu balası kimi bağrına basıb, məhv olmağa qoymadı.
İmperiyanın, hakimiyyətlərin, qurama sənət aləminin, şişirtmə şöhrətin yox, sənətin doğmasıdı.
Bəlkə yanlışları da oldu. Bəşəri bir sənətkara aid olmayan mövzulara girişdi, gərək olmayan söhbətlər etdi. Ancaq biz yenə də anlayışla qarşıladıq.
Ona xırda-para davaları yaraşdırmayan dinləyiciləri  ara-sıra kimləsə çəkişmədə, kimləsə gərəksiz saydıqları döyüşdə qınadılar onu. Başqaları deyəni, edəni eşitmədi heç kim, o, nə dedisə, qulaq çatlatdı.
Aşağı enməsi nədi,  aşağı boylanmasına belə dözmək çətindi.
Bir proqramda ikimiz də qonaq idik.
Tanış olduq sonunda. Veriliş boyu mən danışanda o fikirli-fikirli dinlədi, o danışanda mən. Proqramdan sonra məni səslədiyini eşitdim. Başına yığılan adamların səsləri içində adımı çəkirdi.
Bu dəfə yaxınlaşdım.
Çox şey danışmadıq.
Əlimdən tutdu, gözləri dolmuşdu. “Kövrəkləşmişəm” dedi. “Qızım da uzaqdadı, darıxıram” – söylədi…
Söylədiyi kimi deyildi. Bu “darıxıram”da dəhşətli təklik vardı. Bu darıxıramda tapındığı hər şey onu tərk edib getmişdi.
“Qızımı xatırlatdız”, dedi. Ancaq mən bu cümləni belə eşitdim: “özümü xatırlatdız…”.
Yaşından, statusundan asılı olmayaraq hər kəsə “siz “ deyə bilir. O, illərini süni qayırılmış şöhrətləri ifşa etməyə sərf edib. Toplumun gözünü açıb. Gerçək bir aydın obrazı olub. Ləyaqətini, kimliyini qoruyub. Heç kimə yaltaqlanmayıb, heç kimə əyilməyib. İkiüzlülüyə nifrət edib. Sənəti və siyasi duyumu ilə çox öncələrdən bilib olacaqları. Sovetlər dönəmində Qarabağda keçirilən konsertdə iştirak edib. Erməni ifaçı Qarabağ şikəstəsi oxuyub. Ermənidən sonra səhnəyə çıxaraq hazırladığı əsəri yox, şikəstəni daha zildən səsləndirib. Həmin dönəm üçün bu, çox ciddi mesaj idi. Hələm-hələm adamın cəsarəti çatmazdı etməyə, bəlkə heç ağlına da gəlməzdi. Buna görə efir qadağası qoyulub ona. Bu nə idi? Uzaqgörənlikmi? Qarabağ təhlükəsini hiss etməkmi?
Müstəqilliyin ilk dönəmində xalqla yanaşı dayandı  meydanlarda.
Sənətkarı, vətəndaşı, ictimai-siyasi xadimi oldu ölkəsinin.
“Qızıl fond”da çoxlu səs yazısı məhv edilib. Hər cür pisliklə qarşılaşıb. Kişilərin sevimlisi olub. Ölüblər dərdindən. Ağılasığmayacaq adamlara, təkliflərə “yox” deyə biləcək qədər tox olub. Başqası evlənməyə birini tapmayanda o, saysız evlilik təklifləri alıb – çox ciddi kişilərdən.
Onu zirvəyə qaldıran yalnız və yalnız istedadıdı.
Buna görə də qadağa, təqib, haqsızlıqla üzləşdikcə  yalnız istedadla qazanılmayan şişirdilmiş şöhrəti olan kəslərlə – dolayısı ilə bunun üçün şərait yaradanlarla  döyüşüb.
O da millət vəkilliyinə namizədliyini verib bir zaman. MSK rəsmən tanımayıb qələbəsini. Avropa İnsan Hüquqları Məhkəməsinəcən gedib. Mandatını tanıyıblar. 140 manat əmək pensiyasının (140 manat!)  deputat pensiyası ilə əvəzlənməsi iddiası ilə Ali Məhkəməyəcən bütün yerli instansiyalardan keçib. Çünki əlində dünyavi sənədi var idi. Deputat pensiyası haqqı idi.
SSRİ, Ermənistan, Gürcüstan, Dağıstan, Özbəkistan xalq artisti deyil. Azərbaycanın xalq artisti adını da 1992-ci il Elçibəy hakimiyyəti dövründə alıb.
Bunlar faktlardı. Artıq olan olub, yaşanıb bitib.
Və bu yaşantılardan sonra içini bizimlə paylaşmaq istəyəndə, düşündüyünü deyəndə biz yenə susmasını gözləyirik, nədən?
Üzeyir bəy deyib ki, Azərbaycan təkcə yeraltı sərvətlə yox, yerüstü sərvətlə də zəngindi. Bu sərvət böyük adamlarıdı ölkəmin.
Onu dünyanın istənilən səhnəsinə qürurla aparıb “sənətkarımızdı” deyə bilərdik. Dünya da dinləyib, buna əmin olardı. Etməmişik. O da heç kimdən bunu gözləməyib. Heç vaxt!
İndi  sözüm onadı.
İllərlə millətin bir dərdini dilə gətirmədən millət vəkili olmaq varkən dirənişə dəyərdimi?
Sənətin gerçək kraliçası sağ ikən, özünə dayanmadan titullar verən, verdirən birinə heç vaxt qarşı çıxmayan adamlar dediklərinizi anladılarmı?
Elçibəyə oxuduğunuz mahnını dinləyirsizmi…
İllərlə nəyisə anlatmağa çalışdınız. Başa düşmədilər.
“Hər gələnə əl çalmayın, hər parıldayan almaz deyil” –  dediniz.
Dönüb dolaşıb sizi qınadılar. Nə baş verdi? Nifrətlərini üzünə deyə bilmədikləri adamlar öləndən, çökəndən sonra onlara lənət yağdırdılar. Açıq söz eşitməyib bu cəmiyyət.
Hamı bildiyi həqiqəti heç kim dilinə gətirməyib heç vaxt.
Sizi buna görə qınadılar.
Məndən soruşsaz… Dəyərdi!
Hər kəs onlar kimi olsa, biz boğulub ölərdik, Flora xanım. Sizin kimi adamlar bizim kimilərin nəfəsliyidi. Siz həmişə Azərbaycanda qorxmaz, ləyaqətli, peşəkar adamların təsəllisi, sevimli sənətkarı olacaqsız. Və bu proses bu ölkə var olduqca davam edəcək. Çox yaşayın. Amma ölməkdən də qorxmayın. Sizin üçün burda hələ çox ağlayacaqlar. Heç susmaqdan da qorxmayın. Tarix sizi elə danışdıracaq ki…
Şərqi (şarkı ilə qarışdırmayın – A.Ə.) söyləyən qadının hekayəsini bir köşəyə sığdırmaq mümkün deyil. Sezen Aksuyla müqayisə edirlər bəzən Flora xanımı. Mən bu iki azman və bəşəri sənətçi arasında müqayisə aparmıram. İkisi də bizim özümüzü tanımağımızda böyük rol oynayıblar. Biz onları dinləyə-dinləyə böyüdük, özümüz tanıdıq. Amma Sezen Aksu azad bir ölkənin – Türkiyənin sənətçisiydi. Flora Kərimova isə bütün azadlıqları məhv edilmiş Sovet Azərbaycanının…
Previous Post

Şərqi söyləyən qadının hekayəsi

Next Post

Ermənilər Qarabağı qaytarmağa razıdır – Səbəb

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Ermənilər Qarabağı qaytarmağa razıdır - Səbəb

Ermənilər Qarabağı qaytarmağa razıdır - Səbəb

Son xəbərlər

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Sentyabr 2026 - 18:52
Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

25 Sentyabr 2026 - 18:44
Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Sentyabr 2026 - 18:37
Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

25 Sentyabr 2026 - 18:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.