Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərinin Səlimi Sənaye Şəhərciyindəki avtomobil yağı zavodunda güclü yanğın olub.
Elchi.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməd Hünərbər məlumat verib.
Onun sözlərinə görə, yanvarın 28-i gecə saat 21 radələrində başlayan güclü yanğın nəticəsində zavodda ciddi ziyan dəyib, hadisə yerinə cəlb olunan 25 yanğınsöndürmə maşınından biri yanıb.
Hünərbər yaralıların olduğunu desə də, hələlik bu barədə dəqiq açıqlama verilməyib.
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO
“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması...






















Son şərhlər