"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sərhədlər müəyyənləşmədikcə təxribatlar səngiməyəcək…

23 Sentyabr 2022 - 16:09
in SİYASƏT
FacebookVatsap

“Dünən, sentyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib”.

Bunu da oxuyun

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.
Nazirliyin məlumatına görə, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.
Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü xatırladıb.
Sentyabrın əvvəlindən etibarən təkrarlanan provokasiyalar qarşı tərəfə baha başa gəlmişdi. Təxribatlar ard-arda təkrarlandı. Nəhayət, Ermənistanın sentyabrın 12-də əl atdığı genişmiqyaslı sabotajlara adekvat cavab verməli olduq. Nəticədə qarşı tərəfə ciddi zərbə vurduq, xeyli sayda şəxsi heyət və texnika məhv edildi. Həmçinin bir sıra strateji mövqelərdə nəzarətimizi təmin etdik.
Həmin təxribatların Ermənistan iqtidarının, Rusiyanın və ya Qərbin idarə etməsi bizim üçün ikinci dərəcəlidir. Əsas odur ki, “rejissorun” kim olmasından asılı olmayaraq, adekvat cavab verildi, böhran fürsətə çevrildi.
Bu dəfəki təxribatın da həmin “rejissorların” “sifarişi” ilə baş tutması mümkündür.
Nəzərə almaq lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə parlamentin iclasında ölkəsinin ərazi bütövlüyü barədə danışarıq, Azərbaycanı sərhədi pozmaqda ittgan etmişdi. Əlbəttə, bu, sadəcə ittihamdır və əsassızdır. Çünki hələ dövlət sərhədləri müəyyənləşməyib. Azərbaycanın istədiyi məhz sərhədlərin dəlimitasiya və demarkasiyasıdır. Ermənistan isə bu prosesdən yayınır. Əlbəttə, sərhədlər müəyyənləşmədikcə yeni sərhəd toqquşmaları, hətta qarşı tərəfin təxribatı nəticəsində genişmiqyaslı müharibənin başlanması hər an mümkündür.
Ehtimal edilən savaş, əlbəttə, hər iki tərəf üçün arzuolunmazdır. Amma bu, Ermənistan üçün fəlakət deməkdir. Deməli, İrəvan regional ritorikasında diqqətli olmalı, sərhədlərin müəyyənləşdirilməsinə tələsməlidir. Başa düşmək lazımdır ki, delimitasiya və demarkasiya prosesinin baş tutması kənar qüvvələrin regiona təsir imkanlarını artırır. Bu, İrəvan sərf etmir. Ona görə də Ermənistan hakimiyyəti məntiqli davranmalıdır.
Ermənistan baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə dəlimitasiya komissiyasının üzvü Mehr Qriqoryan dünən Rusiyaya səfər edib. Onun Avrasiya İqtisadi İttifaqının iclasından iştirak edəcəyi bildirilib. Çox güman ki, Qriqoryan görüşəcəyi şəxslərlə Cənubi Qafqazdakı durumu da müzakirə edib və edəcək. Krem rəsmilərinin baş nazirin müavininə hansısa tapşırıqlar verməsi istisna deyil.
Prezident, Ali Baş Komandan İlham Əliyev bu günlərdə Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində çıxış edərkən ciddi mesajlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, dəlimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz: “Bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir”.
Ermənistan iqtidarının təxribatlarda maraqlı olmasından və ya iradəsizlik göstərib başqalarının sifarişlərini yerinə yetirməsindən asılı olmayaraq, nəticə dəyişmir: İrəvan sərhədlərin müəyyənləşdirilməsini istəmir. Bu isə o deməkdir ki, biz BMT- min işini icra etdiyimiz kimi, indi də üçtərəfli komissiyanın işini görməli, sərhədlərin delimitasiya və demarkasiyanı özümüz həyata keçirməli olacağıq. Əgər Ermənistan razılıqlardan yayınarsa, o zaman onların təxribatlarına cavab olaraq qarşı tərəfə təyziq göstərməyə haqqımız var”.

Şayəstə

Previous Post

Sərhədlər müəyyənləşmədikcə təxribatlar səngiməyəcək…

Next Post

ABŞ GBU-31 bombasının sınağını keçirdi

Bənzər yazılar

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17

Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10

Prezident İlham Əliyevin oktyabrın 8–9-da Türkmənistana işgüzar səfəri çərçivəsində iştirak etdiyi yüksəksəviyyəli görüşlər, çıxışlar və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq...

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.  

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub. Elchi.az xəbər verir ki,...

Next Post
ABŞ GBU-31 bombasının sınağını keçirdi

ABŞ GBU-31 bombasının sınağını keçirdi

Lapiddən Fələstinə çağırış: İki dövlət prinsipi…

Lapiddən Fələstinə çağırış: İki dövlət prinsipi…

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.