"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Səhnəmizin “Dadaşbala”sı – 5 ildən sonra danışılan xatirələr

27 İyun 2018 - 22:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Səhnəmizin "Dadaşbala"sı - 5 ildən sonra danışılan xatirələr

Azərbaycanın xalq artisti Səyavuş Aslanın vəfatından 5 il ötür. Oynadığı rollarla minlərlə insanın rəğbətini qazanan mərhum aktyorun filmləri, tamaşaları dillər əzbəridir. Səyavuş Aslan səhnəmizdə iz qoyan nadir aktyorlardan olub. Bu səbəbdəndir ki, o, hələ də sevilir, unudulmur.
Mərhum aktyorun sənət yoldaşları onunla bağlı xatirələrini, yadda qalan məqamları AzVision.az-la bölüşüblər.

Xalq artisti Səidə Quliyeva Səyavuş Aslanın “Azdramaya” gəlişini xatırlayıb. Bildirib ki, mərhum aktyor teatra “Muzkomediya”dan rejissor Hüseynağa Atakişiyevin dəvəti ilə gəlmişdi.

“Rejissor ona “Həyatın dibində” tamaşasında qoca “Luka” rolunu vermişdi. Bu rolu çox böyük aktyorlar oynayıb. Hamımız çox həyacanlı idik ki, görəsən, Səyavuş Aslan bu rolu necə oynayacaq və tamaşaçılar necə qarşılayacaq? Çünki uzun illər Musiqili Teatrda çalışmışdı, komik aktyor idi. Heç vaxt onun faciəli rolu olmamışdı.

Səhnəyə çıxanda bir neçə dəqiqə tamaşaçılar onun səsini eşidib gülüşdülər. 5-10 dəqiqədən sonra tamamilə başqa bir aktyoru gördük. Elə bil, Səyavuş Aslan uzun illər idi ki, “Azdrama”da işləmişdi və bizimlə birgə idi. O, birdən-birə başqalaşdı. Tamaşaçı onu asanlıqla qəbul etdi”.

S.Quliyeva Səyavuş Aslanın qüdrətli sənətkar olduğunu söyləyib: “Müxtəlif janrlı əsərlərdə ona rol verirdilər. O, öz potensialını, nəyə malik olduğunu “Azdrama”da dəfələrlə sübut etdi. Biz onunla bir neçə tamaşada oynamışıq. Məsələn, Elçinin “Ah, Paris… Paris!”-ni deyə bilərəm. Daha sonra Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında həyat yoldaşını oynayırdım. Tərəf müqabili olmadığım tamaşalardada onu görəndə sənətinə vurğun, valeh idim. Baxmayaraq ki, çəkisi çox idi, amma səhnədə o qədər cəld aktyor idi ki.. Kənardan onun oyun tərzinə tamaşa edirdik, öyrənirdik”.

Aktrisa qeyd edib ki, sənətkarın şəxsi həyatında baş verənlər onun yaradıcılığına da təsir edib: “Çox təəssüf edirəm ki, şəxsi həyatında baş verən hadisələr onun yaradıcılığına mənfi təsir göstərdi. Həyat yoldaşı Ofeliya Aslan da onun kimi qüdrətli sənətkar idi. Təəssüflər olsun ki, uzun illərdən sonra onların ailələri dağıldı. Bir övladı xəstə idi. Şükür, sonradan sağaldı. Mən son günlər oxudum ki, övladı Çingiz əziyyətlə yaşayır, digər oğlu Eldardan isə xəbərim yoxdur. Bunu eşidəndə pis oldum. Hamıya çörək verən Səyavuş Aslanın ailəsi, övladları belə olmamalı idi. Atanın, ananın sözünə qulaq asmayanda axırı pis nəticələnər”.

S. Quliyeva sənət yoldaşının təbiətcə qapalı, tənhalı sevən insan olduğunu etiraf edib.

“Ağır təbiətli, özünə qapanan insan idi, tənhalığı çox sevirdi. Xəstə yatanda biz onun yanına getmək istəyirdik, ancaq heç kimi görmək istəmirdi. Müsahibələrində bildirirdi ki, yanıma heç kim gəlib getmir. Əslində elə deyildi, bu, onun şəxsi xarakterindən irəli gəlirdi. Özünə, sağlamlığına qarşı səhlənkar yanaşırdı. Allah onun övladlarına qüvvət versin, Səyavuşun arzularını həyata keçirsinlər. Övladlarından Çingiz axır vaxtlar ona yaxşı baxırdı. Görünür, etdiyi günahları yumaq üçün uşaq kimi qayğı göstərirdi. O, vaxtı ilə ata və anasını çox incitmişdi. Son günlərində isə atasına bağlanmışdı.

Səyavuş hər aktyorla yaxın olmağı istəməzdi. Kiminsə ailəsinə getsin və ya öz evinə dəvət etsin, belə hallar eşitməmişəm. Evi bulvara yaxın olduğundan orada dostunun çayxanasına tez-tez gedirdi. Elə bir sənətkar idi ki, dünyada hər bir rejissor onunla böyük həvəslə işləyərdi. Çünki biz Almaniyada olanda bunu təsdiq edən hallar oldu. Xətrimi çox istəyirdi. Ağayana insan idi. Sözü bir dəfə deyirdi. Yaxşı xüsusiyyətləri çox idi. Ömrünün son 10 ilində həcc ziyarətində oldu. Dinə çox bağlanmışdı”.

Xalq artisti Ramiz Məlik Səyavuş Aslan kimi sənətkarların nadir hallarda dünyaya gəldiyini bildirib.

“Baxmayaraq ki, ona komik aktyor deyirdilər, əslində tragikomik aktyor idi. İnsan kimi mərifətli, ləyaqətli, şəxsiyyəti yüksək sənətkar idi. Səyavuş insanlara həmişə əl tutan, çörək verən olub. Bir sənətkar kimi ifa etdiyi rollar istər filmlərdə, istərsə də tamaşalarda Azərbaycan tamaşaçılarının qəlbində həmişə yaşayacaq. Çünki bu cür aktyorlar nadir hallarda dünyaya gəlir. Onun həmişə yeri görünür, xatırlanır. Aktyor olmaq olar, ilk növbədə insan olmaq lazımdır. Səyavuş sənətə davranışı, cavanlara olan müansibəti ilə yüksək səviyyəli insan idi”.

Aktrisa Firəngiz Mütəllimova isə mərhum xalq artisti ilə birgə rollarını yada salıb:

“Biz onunla ər-arvad rollarını oynamışıq. “Mənim ərim dəlidir”, “Varlı qadın” tamaşalarında tərəf müqabili olmuşuq. Birgə qastrollara getmişik. Teatra ən çox pul gətirən tamaşalarda oynamışıq. Uşaq xasiyyətli, kövrək insan idi. Tez küsüb inciyərdi. Dürüstlüyü sevirdi. Bir vaxtlar aktyorlar briqadalar yaradırdılar və biz qatsrollara gediridk. Mən onun briqadasında olurdum. Mənə hər zaman qayğı, hörmət və izzətlə yaxınlaşırdı. Son dəfə xəstə olanda yanına getmişdim. İki saata yaxın yanında oturdum, amma heç nə danışmadı. Hərdən durub gəzirdi. Səyavuş Aslan şəxsiyyət və sənətkar kimi sevdiyim aktyor olub”.

Previous Post

Səhnəmizin “Dadaşbala”sı – 5 ildən sonra danışılan xatirələr

Next Post

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Son xəbərlər

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.