"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şəhid ərini söyən qadın, yaxud analıq məzuniyyətinə göndərilən şəhid arvadı

27 May 2015 - 12:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

İbrahim Rüstəmli
11287395_396507680551907_1698308868_nMüəllimlərim İsmayıl ŞIXLI və Azad  MİRZƏCANZADƏNİN                                                                                                                                                  müqəddəs ruhlarına  ithaf    
 
Zəruri ön söz
Müəllimlərimin önündə heç vaxt özümü şagird kimi hiss etmədim. Müəllimlərimin qarşısında həmişə əsgər kimi dayandım. Dillərindən çıxan hər kəlmənin, hər cümlənin əsgəri oldum: Həqiqətə gedən yolu tutdum…
Bu yol sıldırım qayalardan, atkeçməz dağlardan addıyır; bu yol həmişə dar olur, təhlükəli olur. Səni o qayalardan elə uçurarlar ki, heç qartal da göydə qıy vurub caynağına ala bilməz…
Seçimim ağır oldu. Gələcəkdə gedəcəyim yolların darımdarım darlmasına, üzümə açılmalı olan qapıların taybatay qapanmasına İsmayıl Şıxlı kimi ustadın bir əlini ehmalca ciynimə qoyması da bəs etdi. Mən hələ bu nadir insanlıq abidəsinin az qala zorla eşidiləcək səslə zülüm-zülüm qulağıma pıçıldadığı bir cümləlik romandan danışmıram: “Oğlum İbrahim, kimini anası doğur, kimini də vəzifə, kreslo, bunu unutma!”
O vaxt Ustad öz romanını mənə təqdim edəndə bir cüt gözüm vardı; indi iki cütdü. Amma hələ də axıradək oxuyub qurtarmamışam; hələ də oxuyub qurtara bilməmişəm…
Bu yazım da o romanın fəsillərindən bəhs edir…
 Birinci hissə
 
 
Abid Şərifovun “Alabala”sı
Bakının düz göbəyində – Xətai və Binəqədi rayonlarında baş verən yanğın Azərbaycanda böyük bir məmur ordusunu “yandırdı.” Onların mənəvi, psixoloji və siyasi özəlliklərini bu dəhşətli olayların fonunda səhnələşdirdi. Bizi nəinki heç vaxt üzünü görmədiyimiz, hətta adını belə eşitmədiyimiz “Alabala” ilə üz-üzə qoydu.
Ancaq o “Alabala”nın xalqa heç bir dəxli olmadığını şəxsən baş nazirin müavinin dilindən eşidincə, istər-istəməz barmağımızı dişlədik; özü də qanı çıxınca. Əcəba, bu dövlətə güvənən, bu dövlətə inanan, bu dövlətə ümid yeri kimi baxan biz vətəndaşların mənzillərinə soxulacaq, evlərinə “əl gəzdirəcək” o “Alabala” görəsən kimdi! Yəni biz doğrudanmı tanımadığımız adamı ailəmizin içinə buraxacaq qədər zəif, bivec və etinasızıq!!!
Həmin gün jurnalistlərin qarşısına qəzəblə daş diyirləyən, onlara “susun!” komandasını verən, sonra da özünəxas təkəbbürlə guya yenə sual eşitmək istəyən bir dövlət məmurunu əndişələndirən, özündən çıxaran, görəsən, nə idi, kim idi! Əgər yanğın idisə, biz ondan qabaq yanmışdıq! Əgər jurnalistin sualı idisə, o da bizim sualdı!
Bu sualı verməyə haqqımız var. Axı biz iki dəfə yanmışıq! Üçüncü dəfə yanmaq istəmirik! O sualı da üçünçü dəfə yanmamaq üçün veririk! O “Alabala”nın kim olduğunu əvvəl-axır bilmək istəyirik!
Çünki sizin müəyyənləşdirdiyiniz “Alabala” artıq iki dəfə bizi öz evimizin içində, balalarımızı bizim, bizi də balalarımızın gözü qarşısında yandırıb. İndi bildizmi, Abid müəllim, o “Alabala”nı nəyə görə tanımaq, görmək istəyirik…
Lütfən, suala sualla cavab verməyin! Sinirlərinizə yiyə durun! Dualarınızın da tanrıya çatacağına güvənməyin. Çünki o dualar da bizim üçün deyildi, o dualar da sizin özünüz üçün idi: guya bu yolla vəziyyətdən çıxmaq ustəyirdiz: nə bilim, məramı bilinməyən dodaqaltı təbəssüm, “Oğlum”, “Allah sizi qorusun!” vəs. və i…
Bu boğazdan yuxarı bayağı gülüşün, bayağı müraciətin, bayağı “duaların” bayağı fonunda sizi dövlət məmurundan çox, hadisə yerinə baş çəkən adi, lakin qəzəbli vətəndaş qismində gördük! Elə bil evi yanan biz deyildik! Siz idiz! Kimə qızdığınızı müəyyənləşdirə bilmədik. Bizəmi əsəbləşmişdiz? Nəyə görə? Biz ki evimizi özümüz yandırmamışdıq. Bizim ki evimizi sizin müəyyənləşdirdiyiniz və “Alabala” dediyiniz o adam yandırmışdı…
Nə bu əsəbin, nə də məramı bilinməyən dodaqaltı təbəssümün, “Oğlum”un, “Allah sizi qorusunun!” yeri yox idi, heç yox idi. Ancaq onu da deyim ki, o üzdən jurnalistə “oğlum” deyə müraciət etməklə bu üzdən bizə də sizə “dayı” kimi üz tutmaq şansını vermiş olduz…
Allah bizi qorumur, Abid dayı, vallah, qorumur! 
Allah bizi küməqarışıq yandırır. Allah bizim küməmizi başımıza uçurur. Həyata, günəşə doğru uzanan ümidlərimizi elə amansızlıqla qırır ki, ölümə gedən yolu da könüllü seçirik: özümüzü on altıncı mərtəbədən atırıq…
Həmkarım Əli Həziquliyevin “Alfa” Bakıdadır” anonsu da başınızın altına yastıq qoymasın! Ona qalsa mən öz statusumla o yastığı başınızın altından elə bərk çəkərəm ki, aylarla gözlərinizə yuxu getməz: Bakıda olan “Alfa” deyil, Abid dayı, Bakıda olan “Otryad sto”dur!
Ona görə də, lütfən, suala sualla cavab vermək əvəzinə kibritdən, alışqandan tutmuş kiçikdən böyüyə yanan nə varsa hamısına nəzarəti ikiqat artırın ki, indi, daha çox bəzi məmurları pörtdədən o yanğın sonradan bütün xalqı və paytaxtı ağzına almasın.
Biz öz şansımızı tez-tez qaçırırıq; biz öz şansımızı tez-tez dəyərləndirmirik; biz öz şansımızı tez-tez zorlayırıq, Abid dayı. Əgər o sual ölkənin birinci şəxsinə verilmiş olsaydı, biz öz qarşımızda bütün səmimiyyətilə ağrı-acımızı bölüşən, dərdimizi öz dərdi kimi yaşayan və bu zaman sinirlərinə yiyə durmağı bacaran, həm əxlaq, həm də humanizm dəyərlərinə bağlılığını qoruyub saxlayan səbrli, təmkinli bir dövlət başçısını görərdik. Gördük də:“Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir”. 
Siz isə əlinizi cibinizdən çıxarmadan suala sualla elə cavab verdiniz ki, bu işin peşəkarı kimi tanıdığımız heç sabiq Metropoliten rəsi Tağı Əhmədov da bizi belə təəccübləndirə bilməməmişdi. Yəqin o məhşur səhnəni xatırlamamış deyilsiz: Qəza nəticəsində tuneldə qalan qatarda nə qədər sərnişinin olduğunu soruşan jurnalistə Tağı Əhmədovun cavabı “möhtəşəm” olmuşdu: 2,5! Bu cavabdan sonra uzun müddət özümü 0,5 kimi hiss etdim, uzun müddət 0,5 kimi yaşadım, Abid dayı…
Sizin çıxışınızdan sonra da eləyəm: yarıcanam. Ruhum yanıb, ruhum! Elə bilirəm ki, daşam, bir ovuc küləm, yanan binayam…
Xalqı son nəfərinədək amansızlıqla yerə yıxıb sürüməyin, xırdalamağın, təhqir etməyin bundan original variantını fikirləşmək həm çətindir, həm də təhlükəli. Bu sözləri aşağıladığı xalqın asayişinə birbaşa məsuliyyət daşıyan bir dövlət məmurunun dilindən eşitmək isə həm ikiqat çətindir, həm də ikiqat təhlükəli…
Vəzifə, adamlara xalqı bu qədər alçaltmaq, bu qədər xırdalamaq üçün verilməyib, Abid dayı. Həm də axı bu camaat sizə neynəyib, bilmirəm…
Amma biz də öz günahlarımızdan boyun qaçırmırıq; biz öz günahlarımızı tanıyırıq. O günahların ən böyüyü, inanın, yaşınızın bu ahıl çağında sizə etibar etməyimizdi! İndi sizin nəvələrinizlə əl-ələ verib bulvarda gəzən vaxtınız deyilmi! Etiraf edirəm: Son repertuarınız bu həqiqəti reallığın ən qaçılmaz diqtəsi kimi yaddaşımıza həkk etdi…
Bunlar öz yerində, amma biz İngiltərədə, Fransada, Almaniyada yaşamırıq ki, nəinki baş nazirin müavinini, hətta baş nazirin özünü belə küçədə, metroda, avtobusda, tramvayda görə bilək; nəinki baş nazirin müavininə, hətta baş nazirin özünə belə küçədə, metroda, avtobusda, tramvayda sual vermək şansımız olsun….
Və sonda: bütün jurnalistlər hər tərəfin göründüyü yerdə dayanmayıb, Abid dayı, beş-altı namuslu jurnalist də hər tərəfin görünmədiyi yerdə külünğ vurur…
P.S. Deyə bildim?..
Previous Post

Şəhid ərini söyən qadın, yaxud analıq məzuniyyətinə göndərilən şəhid arvadı

Next Post

Küveytdə İƏT Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı keçirilir

Bənzər yazılar

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Next Post

Küveytdə İƏT Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı keçirilir

Küveytdə İƏT Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı keçirilir

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.