"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Səhhətində problemlər olan yüksək vəzifəli məmurlarımız – SİYAHI

30 Oktyabr 2017 - 16:27
in CƏMİYYƏT
FacebookVatsap
Səhhətində problemlər olan yüksək vəzifəli məmurlarımız
Son vaxtlar Azərbaycanın ayrı-ayrı dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının və digər tanınmış şəxslərin səhhətlərində problemlər yaranması barədə xəbərlər yayılır.

“Ölkə.Az”-ın məlumatına görə, bu xəbərlərdən bir çoxu təsdiqlənsə də, təkzib edilənləri də olur.

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

Həmin şəxslərdən bəziləri səhhətlərində yaranan problemlərlə əlaqədar müalicə olunduqlarını söyləməkdən çəkinmirlər. Bəzi vəzifəli və tanınmış şəxslər isə səhhətlərində yaranan problemlərlə bağlı mətbuatda yayılan xəbərləri təkzib edirlər, əksinə idmanla məşğul olduqlarını qeyd edirlər.

Səhhətlərində problemlər yaranması ilə bağlı barələrində ən çox xəbərlər yayılan şəxsləri təqdim edirik:

Baş nazir Artur Rasi-zadə

Bu ilin fevral ayında bir çox saytlarda Azərbaycanın 82 yaşlı Baş naziri Artur Rasi-zadənin səhhətində yaranan problemlərlə əlaqədar istefa ərizəsi yazması barədə xəbərlər yayılıb.

Xəbərdə deyilirdi ki, Artur Rasi-Zadənin fevralın 26-da 83 yaşı tamam olacaq:

“Artur Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün bu vaxta qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir”.

Sonradan bu xəbər Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli tərəfindən təkzib edilib.

Baş nazirin müavini Abid Şərifov

Artur Rasi-Zadənin 77 yaşlı müavini olan Abid Şərifovun səhhəti ilə bağlı da mətbuatda tez-tez xəbərlər yayılıb. Sonuncu dəfə belə xəbər bu ilin aprel ayının əvvəlində yayılıb. Həmin vaxtı İsrail mediasında yayılan məlumata görə, Abid Şərifov xüsusi reyslə ürəkdəki elektrik keçiriciliyinin ciddi pozuntuları diaqnozu ilə bu ölkənin Hayfa şəhərindəki RAMBAM klinikasına aparılıb və təcili müalicəyə qəbul edilib, adı çəkilən klinikanın kardioloji şöbəsinə yerləşdirilib. Bu xəbər az sonra təsdiq olunub.

Maliyyə naziri Samir Şərifov

Son günlər ölkə KİV-də yayılan məlumatlara görə, Azərbaycanın 56 yaşlı maliyyə naziri Samir Şərifovun da səhhətində problem yaranıb. Hələlik bu xəbər nə təkzib, nə də təsdiq edilməyib.

Vergilər naziri Fazil Məmmədov

Bu ilin iyul ayında KİV-də yayılan digər məlumata görə, Azərbaycanın 53 yaşlı vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.

Yayılan xəbərlərə görə, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır.

Xəbəri yayan sayt sözügedən məlumatları dəqiqləşdirmək üçün Vergilər Nazirliyi ilə əlaqə saxlamağa çalışdığını, lakin heç bir cavab ala bilmədiyini qeyd edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

İki ay öncə KİV-lərdə 56 yaşlı fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yeni xəbərlər yayılıb.

Misal üçün, “10may.az” saytı qeyd edir ki, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb.

Sayt iddia edir ki, FHN-in səlahiyyətlərinin ARDNŞ və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb.

Saytın iddiasına görə, Kəmaləddin Heydərovun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi gözlənilir.

Həmçinin nazirin 3 ay öncə istefa ərizəsi yazdığı bildirilir. Elə bu səbəbdən də onun “Gilan Holding”dən imtina etdiyi bildirilir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov 

Bir neçə vaxt öncə KİV-lərdə yayılan digər məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 67 yaşlı prezidenti Cahangir Əsgərovun səhhətində ciddi problem yaranıb.

Yayılan məlumata görə, AZAL prezidenti artıq neçə aydır ki, kəskin xəstəlikdən əziyyət çəkir:

“Lakin müalicə üçün ölkədən kənara çıxa bilmir. Xəstəliyi barədə dəqiq məlumat verilməsə də, Cahangir Əsgərovun xərçəng xəstəsi olması və infarkt keçirməsi deyilir”.

AMEA prezidenti Akif Əlizadə 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 83 yaşlı prezidenti, akademik Akif Əlizadə isə bir neçə ay öncə gözündən əməliyyat olunub.

Məsələ ilə bağlı AMEA da rəsmi açıqlama verib:

“Akif Əlizadə mətbuatda yazıldığı kimi gözündən əməliyyat olunmayıb. Hazırda vəziyyəti yaxşıdır. Yaşlı adamdır, işə maşınla gedib-gəlir. Gözü bir balaca qızarmışdı, həkimə göstərdi, dedilər ciddi problem yoxdur. Jurnalistlərə demək istəyirəm ki, narahat olmasınlar, hər şey qaydasındadır”.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

Bir sıra KİV-lərdə yayılan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 73 yaşlı başçısı Hacıbala Abutalıbov yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırıla bilər. Buna səbəb kimi Hacıbala Abutalıbovun səhhətində yaranan problemlər göstərilir.

Yayılan məlumatlarda qeyd olunur ki, 73 yaşlı məmur vəzifəsinə artıq əvvəlki kimi məsuliyyət göstərə bilmir:

“Həm də onun səhhətində də ciddi problemlər yaranıb”.

“Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov 

Bu il oktyabrın 7-də “Azərenerji” ASC-nin 81 yaşlı vitse-prezidenti Marlen Əsgərovun da səhhətində problem yaranıb.

Bu barədə mətbuata açıqlamasında Marlen Əsgərov özü məlumat verib.

Marlen Əsgərov hazırda müalicəsini rayonda, ev şəraitində davam etdirdiyini deyib.

Məlumata görə, M.Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətini itirməsinə səbəb olub. Bu səbəbdən yaxın günlərdə onun əməliyyat olunması gözlənir.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov

Bir neçə ay əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin 48 yaşlı müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun səhhətində problemlər olması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq S.Novruzov yayılan xəbərlərə dərhal münasibət bildirərək, səhhətində problem olmadığını qeyd edib:

“Hazırda iş başındayam, səhhətimdə heç bir problem yoxdur. Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Amma nə yaş əməliyyat olunmaq yaşıdır, nə da hava elə havadır. Mən peşəkar idmançıyam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaqdan ötrü dərman içirlər, amma mən pəhriz və idmanla istədiyim qədər arıqlayıram. Eyni zamanda, istəsəm kökələ də bilərəm, amma buna ehtiyac görmürəm”.

Xalq artisti Zeynəb Xanlarova 

Ötən həftə Milli Məclisin 80 yaşlı deputatı, xalq artisti Zeynəb Xanlarovanın da səhhətində problemlər olması barədə məlumatlar yayılıb.

Ancaq xalq artistinin köməkçisi Zeynəb Xanlarovanın heç bir probleminin olmadığını deyib:

“Zeynəb Xanlarovanın səhhətində hər hansı problem yaranmayıb. Onun səhhətində müəyyən problemlərin olması xəbərinin yayılması həqiqətə uyğun deyil”.

Milli Məclisin deputatı Fəzail Ağamalı

Bu ilin may ayında isə Milli Məclisin 70 yaşlı deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının səhhətində yaranan problemlərlə bağlı xarici ölkədə müalicə olunması barədə xəbərlər yayılıb. Hətta, deputat Fəzail Ağamalı Milli Məclisin bir çox iclaslarına qatılmayıb.

Ancaq Fəzail Ağamalının mətbuat katibi deputatın səhhətində yaranan problemlərlə bağlı xəbərləri təkzib edib:

“Deputatın səhətində heç bir problem yoxdur: Fəzail Ağamalı xarici ölkələrdən birində istirahət edir. Fəzail Ağamalı telefon nömrəsini dəyişdiyi üçün nömrəsinə zəng çatmır”.

Previous Post

Səhhətində problemlər olan yüksək vəzifəli məmurlarımız – SİYAHI

Next Post

Fədayə Laçının həbsi ilə bağlı – YENİ şok məlumat

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post

Fədayə Laçının həbsi ilə bağlı - YENİ şok məlumat

Fədayə Laçının həbsi ilə bağlı - YENİ şok məlumat

Son xəbərlər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.