"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması QAYDASI

11 Avqust 2022 - 19:26
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”ni təsdiqləyib.

Elchi.az xəbər verir ki, sənədə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun, habelə abidələrin qorunması sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq, Şuşa şəhəri Dövlət Qoruğunun ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin yerinə yetirildiyini aşkar etdikdə, həmin işlərin sifarişçisi olan, sifarişçini müəyyən etmək mümkün olmadıqda isə həmin işləri bilavasitə yerinə yetirən vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə bu Sənədə 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı icrası məcburi olan yazılı göstərişlər verir.

Göstəriş abidələrə təhlükə yaradan işlər nəticəsində müdaxiləyə məruz qalmış abidəyə baxış keçirilən zaman aşkar olunmuş müdaxilə faktının rəsmiləşdirildiyi, bu Sənədə 2 nömrəli əlavədə nəzərdə tutulmuş formada tərtib edilmiş “Müdaxiləyə məruz qalmış abidənin texniki vəziyyəti haqqında akt” əsasında İdarə tərəfindən verilir. Aktda abidəyə baxış keçirilən zaman aşkar olunmuş hər bir müdaxilə faktı ayrıca təsvir olunur.

Göstərişdə yerinə yetirilən işlərin abidələrə yaratdığı təhlükənin mahiyyəti də daxil olmaqla aşağıdakılar göstərilir:

  • Göstərişi vermiş dövlət orqanının (qurumunun) adı;
  • Göstərişin yazılma tarixi və yeri, qeydiyyat nömrəsi;
  • barəsində Göstəriş verilmiş şəxsə dair məlumat (vəzifəli şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, hüquqi şəxsin tam adı, hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, qeydiyyat ünvanı (müəyyən etmək mümkün olduqda);
  • barəsində Göstəriş verilmiş şəxsin yerinə yetirdiyi işlərlə təhlükə yaratdığı abidəyə aidiyyəti (mülkiyyətçisi, icarəçisi, istifadəçisi, yerinə yetirdiyi işlərin sifarişçisi və ya podratçısı);
  • tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri qeyd olunmaqla, aşkar edilmiş pozuntunun izahı, abidəyə edilmiş müdaxilə faktının təsviri və abidəyə yaradılan təhlükənin mahiyyəti;
  • bu Sənəddə nəzərdə tutulan akt barədə məlumat;
  • yerinə yetirilən işlərlə təhlükəyə məruz qalmış və ya məruz qalacaq abidələrin sayı, növü, ünvanı, sahibi barədə məlumat;
  • tətbiq edilən məhdudlaşdırıcı tədbir (tədbirlər), o cümlədən bu Sənədin 3-cü və 4-cü hissələrinə uyğun olaraq abidəyə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması;
  • barəsində Göstəriş verilmiş şəxs tərəfindən təhlükənin aradan qaldırılması üçün yerinə yetirilməli tədbirlər, həmin tədbirlərin icra müddəti, dərhal yerinə yetirilməli təxirəsalınmaz tədbirlər;
  • Göstərişdən şikayət verilməsi qaydası və şikayətin verilməsi müddəti;
  • Göstərişi vermiş vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası;
  • Göstərişi vermiş dövlət orqanının (qurumunun) möhürü.
  • Göstəriş abidəyə müdaxilə faktı aşkarlandığı tarixdən 3 (üç) iş günü ərzində verilməlidir.

Abidələrə təhlükə yaradan işlərin dayandırıldığı hallarda yalnız Göstərişdə müəyyən edilən təhlükənin aradan qaldırılması tədbirləri ilə bağlı işlərin yerinə yetirməsinə yol verilir. Barəsində Göstəriş verilmiş şəxs Göstərişdə nəzərdə tutulmuş tədbirləri yerinə yetirməli, abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılmasına və ya dayandırlmasına əsas olmuş pozuntuları aradan qaldırmalı və bu barədə İdarəyə yazılı məlumat təqdim etməlidir. Məlumatın təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində barəsində Göstəriş verilmiş şəxsin iştirakı ilə pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalıdır. Yoxlama nəticəsində Göstərişdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilmədiyini və abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılmasına və ya dayandırllmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, İdarə bu barədə barəsində Göstəriş verilmiş şəxsi yazılı məlumatlandırmaqla Göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir və çəkilmiş xərclərin, habelə dəymiş zərərin əvəzinin ödənilməsini həmin şəxsdən tələb edir.

Məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində İdarə yoxlama zamanı pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, Göstəriş qüvvədən düşmüş hesab olunur.

Abidələrin yerləşdiyi ərazidə və mühafizə zonasında onlar üçün təhlükə yaradan aşağıdakı hallar aşkar edildikdə, İdarə tərəfindən işlərin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilir:

  • abidələrin yerləşdiyi ərazidə və onların mühafizə zonalarında nəqliyyat vasitələrinin hərəkəti
  • abidələr üçün təhlükə yarada biləcək tikinti və mühəndis-kommunikasiya təminatı sistemində və (və ya) xətlərində təmir-tikinti işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülmədikdə;
  • texniki avadanlıq, qurğu, cihaz və sair abidələrin təhlükəsiz istismarına mane olduqda.
  • Abidələrin yerləşdiyi ərazidə və mühafizə zonasında aşağıdakı hallar aşkar edildikdə, İdarə tərəfindən işlərin dayandırılması ilə bağlı qərar qəbul edilir:
  • tikinti və ya təsərrüfat işləri zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə;
  • abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri dövlət mülkiyyətində olan abidələrə münasibətdə İdarənin qərarı, dövlət mülkiyyətində olmayan abidələrə münasibətdə isə İdarənin razılığı olmadan aparıldıqda;
  • abidələrin tarixi-memarlıq və bədii-estetik görkəmi dəyişdirildikdə, uçurulduqda və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat işləri aparıldıqda, habelə digər hər hansı fəaliyyət həyata keçirildikdə;
  • müvafiq icazə və mütəxəssis nəzarəti olmadan yerli əhəmiyyətli abidələrin köçürülməsi və yerinin dəyişdirilməsi aşkar edildikdə;
  • inşaat və abadlıq işləri aparılarkən abidələrin konfiqurasiyasının, ənənəvi küçə şəbəkələrinin dəyişdirildiyi aşkar edildikdə;
  • İdarənin razılığı olmadan abidələrin öyrənilməsinə və arxeoloji qazıntılar aparılmasına dair işlər görüldükdə.

Тazirlər Kabinetinin izahında bildirilir ki, bu qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanua uyğun olaraq, həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə hazırlanıb. Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir. Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.

Previous Post

Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması QAYDASI

Next Post

İnternet niyə bahalaşdı? – Nazir müşavirindən AÇIQLAMA

Bənzər yazılar

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə...

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb. Bu barədə Elchi.az...

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının...

Next Post
İnternet niyə bahalaşdı? – Nazir müşavirindən AÇIQLAMA

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

İnternet niyə bahalaşdı? – Nazir müşavirindən AÇIQLAMA

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Son xəbərlər

Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.