Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən “otel meneceri” saxlanılıb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.
O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaaliyyət göstərib.
Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cü Polis Bölməsində aparılır.
“Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir”, – məlumatda qeyd olunub.
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi
Ermənistan İstintaq Komitəsi Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb. Elchi.az xəbər verir...





















Son şərhlər