“Sürücülük məktəbini oxumadan, həm nəzəri, həm də təcrübə imtahanı vermək mümkündür”. Bunu Elchi.az-a açıqlamasında Yol hərəkəti təhlükəsizliyi mütəxəssi ekspert sürücülük təlimçisi Arzu Kürsüm Babazadə deyib.
Onun sözlərinə görə bu yalnız B kateqoriyası üçün nəzərdə tutulur: “C və digər yüksək kategoriyalar üçün isə bu hal keçərli deyil. Amma iki dəfədən imtahandan kəsilərsə artıq adını sürücülük məktəbinə yazdırmalıdır, oranın sənədini əldə etdikdən sonra, özü hazırlaşıb imtahanda iştirak edə biləcəklər”.
Havar Şəfiyeva