Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Elchi.az xəbər verir ki, Mərkəz hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edildiyini bildirib:
– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
– Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
– 20 Yanvar dairəsi;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Heydər Əliyev prospekti, köməkçi yol – Mərkəz istiqamətində;
– Sabunçu-Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;
– Mikayıl Əliyev küçəsi – “Koroğlu” metrostansiyası istiqamətində.