"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Suriyaya ordu göndərən Rusiyanı SSRİ-nin taleyi gözləyir – ŞƏRH

10 Sentyabr 2015 - 17:26
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Moskva vaxtilə SSRİ-nin hərbi bazaları yerləşən, ittifaq dağılandan sonra isə tərk edilən ölkələrə, bazarlara qayıtmaqda çətinlik çəkirBakı. 10 sentyabr. REPORT.AZ/ Avropa Suriyadan və digər ölkələrdən qaçan mühacir böhranı ilə üz-üzə qaldığı bir vaxtda, Rusiyanın Bəşşar Əsəd hökumətinə yardım etməsi barədə ciddi bəyanatlar verilir və ittihamlar səsləndirilir.

Moskvaya qarşı bu ittihamlar niyə irəli sürülür? Rusiyanın Suriyaya yardımı Kremlə nə verəcək?

Bolqarıstan Suriyaya humanitar yardım apardığı iddia edilən Rusiya təyyarələrinə hava məkanını bağlayıb.

Bunun ardınca ABŞ rəsmiləri Moskvanın Dəməşqə iki desant gəmisi və əlavə olaraq hərbi gəmi göndərdiyi haqda iddia irəli sürüblər. Pentaqon nümayəndəsi bildirib ki, son bir neçə gündə Rusiyanın azı üç hərbi nəqliyyat təyyarəsi Suriyaya enib. Amerikalılar Rusiyanın Suriyaya hərbçi göndərməkdə məqsədinin nə olduğunu bilmədiklərini də etiraf ediblər.

Bəzi məlumatlara əsasən, Rusiya qoşunları Suriyadakı hərbi əməliyyatlara qatılır və orada rusların dəniz piyadaları xidmət edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu kimi iddialara belə münasibət bildirib: “Rusiyanın hərbi mütəxəssislərinin Suriyada olduğunu təsdiq və bunu dönə-dönə təkrar edə bilərəm”.

Onun sözlərinə görə, Rusiya mütəxəssisləri Suriya hərbçilərinə ölkə ərazisinə daxil olan texnikanı öyrənməsinə yardım edirlər: “Biz heç vaxt Suriya ilə hərbi-texniki sahədə əməkdaşlıq etdiyimizi gizlətməmişik. Bu yaxınlarda Suriyaya silah və hərbi texnika göndərmişik. Bunu uyğun müqavilələr əsasında beynəlxalq hüquqa uyğun olaraq həyata keçiririk”.

Xatırladaq ki, Rusiya həmin silah və hərbi texnikanı Suriyadakı Bəşşar Əsəd rejimi ilə bağladığı müqaviləyə uyğun olaraq göndərir. Rusiyalı mütəxəssislər də Bəşşar Əsədin hərbçilərini təlimatlandırır.

Yeri gəlmişkən, ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında da Moskvanın Suriyada ehtimal olunan hərbi mövcudluğundan narahat olduqlarını vurğulamışdı.

Qarşı tərəfin Moskvaya qarşı ittihamlarının güclənməsinə təsir göstərən amillərdən biri isə Suriyadakı Rusiya hərbçilərinin fotolarını sosial şəbəkədə yaymasıdır.

Ancaq ötən həftə Rusiya prezidenti Vladimir Putin ölkə hərbçilərinin Suriyadakı döyüşlərdə iştirakından danışmağın tez olduğunu bildirmişdi.

Bir məsələni də qeyd edək: keçmiş SSRİ-nin Yaxın və Orta Şərqdə yeganə bazası Suriyanın Tartus limanında qalıb. Bu baza 1971-ci ildə yaradılıb. Həmin hərbi hissə o vaxtkı sovet hərbi donanmasının Aralıq dənizində fəaliyyətini təmin edirdi. Tartus Bəşşar Əsədə bağlı hərbçilərin nəzarəti altında olan ölkə paytaxtı Dəməşqdən 220 km şimal-qərbdə, Suriya-Livan sərhədindən 25 km aralıda yerləşir. Oradakı bazada indi Rusiya hərbçiləri xidmət edir.

Bəşşar Əsəd Moskvanın Suriyadakı İran və Rusiya tərəfindən dəstəklənən müxalifətlə danışıqlar aparması cəhdini alqışladığını bildirmişdi. Qərb tərəfdən tanınan müxalifət isə Tehran və Moskvanın danışıqlar təklifinə məhəl qoymur.

ABŞ və Avropa İttifaqı dövlətləri, habelə Türkiyə, körfəzdəki ərəb dövlətləri, o cümlədən, Misir tərəfindən qanunsuz elan edilən Suriyadakı hökuməti Tehran və Moskva tanımaqla yanaşı, ona yardım belə edir.

Rusiya və İranın bu dəstəkdən Qərbin onlara etdiyi və edəcəyi təzyiqlərə qarşı qalxan kimi istifadə etdiyi də sirr deyil.

İranın ali rəhbəri, ayətullah Seyid Əli Xameneinin ötən gün “biz konkret səbəblərə görə ABŞ-la yalnız nüvə proqramı üzrə danışıqlar aparmışıq” deməsi ABŞ-la İran arasında Suriya məsələsində anlaşmanın olmadığını deməyə əsas verir. Başqa sözlə, İran lideri bununla Moskvaya və beynəlxalq ictimaiyyətə Bəşşar Əsədin dəstəklənməsində mövqelərinin dəyişmədiyini bir daha bəyan edir.

Göründüyü kimi, Suriyadakı münaqişənin həll edilməməsinin mühüm səbəblərindən birinin də Orta Şərqdə maraqlarını qorumağa çalışan Rusiya ilə bağlı olduğu təkrar-təkrar təsdiqlənir.

Moskva bu bölgədədə əsas oyunçulardan bir olmaq istədiyini, ona imkan verilməyəcəyi halda, sabitliyin yaranmasına mane olacağını davranışı ilə hamıya nümayiş etdirir. Bundan başqa, Kreml həm də Yaxın və Orta Şərqdəki yeganə bazasını perspektiv üçün qorumağa çalışır.

Çünki Rusiya vaxtilə SSRİ-nin hərbi bazaları yerləşən, ittifaq dağılandan sonra isə tərk edilən ölkələrə, bazarlara qayıtmaqda çətinlik çəkir.

Vladimir Putinin bəyanatına inansaq, Rusiyanın Suriyada fəal hərbi əməliyyatlara qoşulmaması ilə bağlı bir neçə ehtimalı irəli sürmək olar:

– Ukrayna ilə bağlı Rusiya Qərb tərəfindən bir sıra sanksiyalarla üzləşib. Bu, ölkə iqtisadiyyatına və onun beynəlxalq nüfuzuna müəyyən mənfi təsirlər göstərib. Odur ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda açıq-aşkar iştirak etməklə özü üçün əlavə problemlər yaratmaq istəməz;

– Bölgəyə qayıtmaq istəyən Rusiya ərəb dövlətləri ilə əlavə problemlər yaratmaqdan yayınar;

– Çoxsaylı hərbi münaqişələrdə iştirak külli miqdarda xərc tələb edir. Moskva indiki maliyyə çətinliyi qarşılığında buna getməz;

– Keçmiş SSRİ-nin bütün münaqişəli bölgələrdə iştirak etmək kimi acı təcrübəsindən nəticə çıxarar;

– Dünyanın inkişaf etmiş ölkələrinin birləşmiş gücü ilə tək üz-üzə qalmaq istəməz və s.

Beləliklə, mövcud olduğu 69 il ərzində keçmiş sovetlər birliyi imperializmlə mübarizəyə qalxıb öz hikkəsini və ideologiyasını həyata keçirməyə çalışdı. Bunun nəticəsinin necə olduğu hamıya bəllidir. Bu baxımdan Rusiya bundan nəticə çıxartmamış deyil. Ehtimal etmək olar ki, Moskva rəqibləri ilə sərhədləri yaxınlığında deyil, ondan çox-çox uzaqda hibrid müharibəsi aparmağa da üstünlük verər.

Previous Post

Suriyaya ordu göndərən Rusiyanı SSRİ-nin taleyi gözləyir – ŞƏRH

Next Post

Türkiyənin daxili işlər naziri: “Cizrədə 32 terrorçu məhv edilib”

Bənzər yazılar

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08

Avqust ayından bəri Honkonqda meymunçiçəyinə 21 yoluxma qeydə alınıb ki, bu da 2026-cı ilin əvvəlindən şəhərdə aşkarlanan bütün halların 70...

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03

El-Ninyo iqlim hadisəsinin inkişaf etdiyi Sakit okeanda suyun temperaturu bu həftə ilk dəfə 30 dərəcə həddini keçib. Elchi.az xəbər verir...

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında...

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Next Post

Türkiyənin daxili işlər naziri: “Cizrədə 32 terrorçu məhv edilib”

Türkiyənin daxili işlər naziri: “Cizrədə 32 terrorçu məhv edilib”

Son xəbərlər

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.