"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Süni düyüləri necə tanımalı… – FOTO

05 Oktyabr 2015 - 10:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu günlərdə sosial şəbəkələrdə düyülərin plastikdən hazırlanmasını əks etdirən video yayılıb. Çində çəkilən bu videoda ucuz mal arxasınca qaçan istehlakçılar görünür ki, düyünü fabrikdə sintetik materialdan hazırlayırlar. Ancaq bu düyünün də tərkibi tamamilə sintetik deyil. Onun əsasını kartof kraxmalı təşkil edir, az miqdarda plastik isə ona düyü forması vermək üçün istifadə olunub.

Bunu da oxuyun

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Videoda yeni məhsulu istifadə edən aşpazlar bildirirlər ki, bu cür düyüdən hazırlanan bir boşqab sıyığı yemək, polietilen paketi udmağa bərabərdir. Əsl düyüləri ələ götürəndə onların birinin böyük, birinin balaca, bəzilərinin qırıq olduğu görünür. Sintetik düyülər isə hamısı standart – eyni ölçüdə və formada olur. Hətta onları yanaşı qoyduqda süni düyü daha çox göz oxşayır, nəinki təbii yolla əldə edilən düyü. Qeyd edək ki, sintetik düyünü onun hazırlanma vaxtına, bişdikdən sonrakı görünüşünə görə də ayırd etmək olur. Belə ki, sintetik məhsul bişmə zamanı nə qədər qaynamağından asılı olmayaraq, əzilmir. Uzunmüddətli qaynamadan sonra suyun üzərində polietilen plyonka yaranır.

Qeyd edək ki, bir müddət öncə də satışda saxta düyülərin olması barədə iddialar səslənirdi. İddialara görə müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olduğu vurğulanırdı. Qeyd edək ki, paytaxtda xarici ölkələrdən gətirilmə və mənşəyi məlum olmayan düyülərin satışda olduğu iddia edilir. Biz də marketlərdə daha çox hansı ölkələrin istehsalı olan düyülərin olduğunu, həmçinin insanları narahat edən sintetikadan hazırlanmış çin istehsalı olan düyülərin bizim də ölkəmizdə satışda olub olmadığını öyrənmək üçün bir neçə marketə baş çəkdik. Satışda çoxluğu yerli düyülər təşkil etsə də,  Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdə istehsal olunan düyülərə də rast gəldik.

Qiymətlər isə müxtəlif idi. Xarici ölkələrdən gətirilən düyülərin qiyməti yerli düyülərdən baha idi. Qeyd edək ki, xarici düyü adı altında satılan düyülərin üzərində Azərbaycanda qablaşdırılması haqda kiçik yazıya rast gəlinirdi. Satıcılar alıcıların daha çox yerli düyülər aldığını bildirirdilər. Satıcı Elnur Rüstəmov alıcıların daha çox Hindistan düyülərini aldığını bildirdi: “Amma ən yaxşısı elə yerli düyülərdir. Xaricdən gətirilən düyülər, əslində, Bakıda qablaşdırılır”.

Alıcı Turanə Abdullayeva internetdə sözügedən videonu izlədiyini və bundan narahatlıq keçirdiyini bildirdi: “Çin məhsulları, onsuz da, ölkəni zəbt edib. Onların hamısı zərərlidir. İndi də bu düyü məsələsi çıxdı ortaya. Biz düyüdən çox istifadə edən millətik. Mən özüm tez-tez plov bişirirəm. Amma həmişə yerli düyüdən istifadə etmişəm. Puldan ötrü insanların səhhəti, həyatı ilə oynayırlar. Amma inanmıram ki, Azərbaycan bu cür düyüləri satışa buraxıb əhalini zəhərləsin”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda satışda sintetik düyülərin olmasının mümkünsüz olduğunu dedi: “Düyünün kraxmaldan və digər qatqılardan müəyyən standartlar əsasında hazırlanması birmənalı şəkildə istisna olunmur. Onun tərkibinə plastmasın qarışdırılması heç bir standartda nəzərdə tutulmayıb. Belə bir şey mümkün deyil. Düşünürəm ki, Azərbaycanda plastik qarışığı olan düyü yoxdur. Lakin Azərbaycanda Genetik Modifikasiya Olunmuş (GMO) düyülər var. Məsələn, qızılı və sarı düyülər Genetik Modifikasiya Olunmuş düyülərdir və əslində, qida üçün yararsızdır. Prezidentin bu barədə xüsusi tapşırıqları olub ki, bu kimi halların qarşısı alınsın. Ancaq buna məhəl qoyan yoxdur. İstehlakçılar mediada yayılan bu məsələlərə rəğmən primitiv təcrübələr apara bilərlər. Məsələn, düyünü yandırsınlar. Spesifik bitki qoxusu verməyən və yanan düyü, əlbəttə ki, saxta düyüdür. Yaxud da düyünü içində su olan bir nəlbəkiyə töküb 10 gün saxlasınlar. O düyü cücərməsə, demək ki, saxtadır və süni yollarla hazırlanıb. Bu təcrübəni istənilən insan evdə etməklə də yoxlaya bilər”.

Biz də qurum sədrinin dediyi təcrübəni sınaqdan çıxardıq. Belə ki, yerli və Hindistan istehsalı olan iki düyünü ayrı-ayrılıqda kiçik bir nəlbəkiyə qoyub yandırmağa çalışdıq. Ancaq düyülər yanmadı. Bu isə onun sintetikadan hazırlanmadığını deməyə əsas verir.

Qurum sədri daha çox xarici ölkələrdən gətirilən düyülərin süni yolla hazırlanması fikrinə gəlincə, plastmasdan hazırlanan düyülərin ölkəmizə gəlmə şansının olmadığını bildirdi: “Mən inanmıram ki, İrandan gətirilən düyü plastmasla qarışdırılmış düyü olsun. Ancaq süni düyü olması ola bilər. İrandan Azərbaycana GMO düyülərin gətirilməsi istisna olunmur. Çünki İranda İslam ölkəsi olmasına baxmayaraq GMO məhsulları yetişdirilir. O cümlədən də digər ölkələrdən gələn düyülər GMO ola bilər. Ancaq sintetikadan hazırlanan düyülər ölkəmizdə satışda yoxdur”.

 

Previous Post

Süni düyüləri necə tanımalı… – FOTO

Next Post

Samir Şərifov manatın ikinci devalvasiyasından danışdı

Bənzər yazılar

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik...

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb....

Next Post

Samir Şərifov manatın ikinci devalvasiyasından danışdı

Samir Şərifov manatın ikinci devalvasiyasından danışdı

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.