Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 matç baş tutub.
Çempion titulunu öncədən təmin edən “Qarabağ” öz meydanında “Sumqayıt”la görüşüb. Səfərdə qalib gələn “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada yerini qoruyub.
Gümüş mükafatçı “Sabah”da ev sınağına çıxıb. “Zirə” ilə Bakı derbisi qolsuz sülhlə nəticələnib.
Şamaxıda da eyni nəticə qeydə alınıb. “Qəbələ” səfərdə “Şamaxı” ilə sülhə imza atıb.
Günün ən məhsuldar oyunu Tovuzda baş tutub. “Səbail”i qəbul edən “Turan Tovuz” 2:2 hesablı heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.