"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Suğra Bağırzadə: «Onunla dava etmək də, küsmək də xoşdur» — FOTOSESSİYA

28 Noyabr 2014 - 14:12
in MƏDƏNİYYƏT
FacebookVatsap

Əməkdar artist Suğra Bağırzadənin axsam.az saytına müsahibəsi:

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

– Suğra xanım, son vaxtlar sizi az görürük. Bu nə ilə əlaqədardır?

– Bir müddət öncə “Floristika” İncəsənətə Dəstək İctimai Birliyi adlı təşkilat açdım. Yay mövsümündə yalnız floristika ilə məşğul olmuşam. 12 tələbəm var idi, onları hazırlaşdırırdım. Avqustun 28-də tələbələrimin yaradıcılıq, mənim isə fərdi sərgim oldu. İki sərgini birləşdirib Rəssamlar İttifaqında tədbir keçirdim. İstəyirdim ki, tələbələrimin əsərləri də səviyyəcə mənimkilərə yaxın olsun. Üç ay ərzində peşəkar florist kimi çalışdılar. Onlara sertifikat da verdim. Sentyabrın 11-də isə Xorvatiyada Ümumdünya Floristlər Şurasının 31-ci sammitinə qatıldım. Oraya iki əsərimi aparmışdım. 27 ölkədən ən tanınmış floristlər məhz bu sammitdə iştirak edirdilər. Canlı güllərdən əsərlər yaradırdılar. Mənim əsərlərim çox bəyənildi. Xaricə gedəndə mütləq Azərbaycanda bitən güllərdən hazırladığım əsərləri aparıram. Bütüm bunlarla bağlı bir qədər mediadan kənar qaldım.

– Deyəsən, aktrisalıq fəaliyyətinizə də fasilə vermisiniz…

– Bəli. Çünki mənə uyğun ssenari yoxdur. Bu gün Azərbaycan filmlərində qadın obrazları çox deyil. Yaşlı qadın obrazları isə ümumiyyətlə azdır. Ssenarilər gəlir, amma ürəyimcə olmur. Bəzilərində isə rejissorla ortaq məxrəcə gələ bilmirik. Darıxıram, çox istəyirəm filmə çəkilim. Ümumiyyətlə, bütün aktyorlar kino üçün darıxırlar. Bir dəfə rol aldıqdan sonra bu işə etinasız qala bilmirsən. Onu da deyim ki, rəsm əsərlərim vaxtımın çox hissəsini aparır. Həcmindən asılı olmayaraq, hər əsərə iki il vaxt sərf edirəm. Bu əsərlərin hər biri mənim övladlarımdır. Hərdən elə olur ki, 4 il vaxtımı sərf edirəm. İş nə qədər xırda olursa, vaxt da bir o qədər uzanır.

– Bir əsəri hazırlamazdan əvvəl onun eskizini çəkirsiniz, yoxsa beyninizin təxəyyülü olur?

– Əsəri beynimdə formalaşdırıram. Mənim materialım canlı güllər, ağaclar, budaqlardır. Hərdən olur ki, ideya sənin fikirləşdiyindən tamam başqa səmtə yönəlir. Hansı ölkəyə gedirəmsə, oradan diqqətimi çəkən gül, ağac gətirirəm. Sinqapurdan çox qeyri-adi ağacın meyvələrini gətirib qurutmuşdum. Malayziyadan otlar gətirmişdim. Onları canlı güllərlə birləşdirir, kompozisiya yaradıram.

– Əsərlərinizi satışa çıxarırsınız?

– Sərgi zamanı kimsə maraqlanırsa, danışıq aparırıq. Həmçinin internetdə saytım var. Orada bütün məlumatlar yer alır. Bununla belə, çox az satılır.

311073 Suğra Bağırzadə: Onunla dava etmək də, küsmək də xoşdur FOTOSESSİYA

– Əlavə qazanc yeriniz var?

– Xeyr. Yalnız bu bizneslə məşğulam. Bu işdə isə öncədən sifariş qəbul etmək mümkün olmur. Çünki bir əsərin hazırlanma müddəti 2 il çəkir. Sifarişçi bu vaxt ərzində oturub gözləyəsi deyil ki… Ona görə də hazır əsərləri alırlar.

– Dediniz ki, bu işləri görməyə xeyli vaxtınızı sərf edirsiniz. Bəs ailənizə, şəxsi həyatınıza necə, vaxt qalır?

– Mənim həyat yoldaşım, iki qızım, dörd nəvəm var. Həyatımda əsas onlardır. Uşaqlarımla daha çox söhbətləşirəm. Onlara heç vaxt qadağa qoymamışam. İndi nəvələrimlə də o cür davranıram. Çalışıram düz etmədikləri nəyisə başa salım. Onlara “yox», «olmaz” sözlərini demirəm.

– Övladlarınızdan sənətinizi davam etdirən var?

– Böyük qızım rəsm çəkməyi bacarır. Onun qızı da rəsmi xoşlayır. Düzdür, hərdən əsərimi korlayır, amma ona bunu qadağan etmirəm, daha çox başa salmağa çalışıram.se

– İki qız anasısınız. Bəs oğul övlad sahibi olmağı arzulamısınız?

– Çox arzulamışam…Hər zaman oğlu olanlara paxıllığım tutub. Qızlarım da oğul anasıdırlar. Kiçik qızımın bir ifadəsi var. Deyir ki, «əgər istəyirsənsə, yanında əsl kişi olsun, oğul dünyaya gətirib, onu özün böyüt». Bəlkə də oğlum olsa, onu ürəyim istədiyi kimi böyütməyəcəkdim. Amma bu, hər bir ananın arzusudur.

– Hər zaman baxımlı olmağınızla diqqət çəkmisiniz. Buna necə vaxt ayırırsınız?

– Bu artıq vərdiş halını alıb. Səhərdən axşamadək üzümə maska edirəm, özümə baxıram. Mən uşaqlıqdan anamda bu cür görmüşəm. O mənim yadımda çiçəklərə baxan, üzünə qulluq edən bir xanım kimi qalıb. İdmanla məşğul oluram, geyimimə fikir verməyə çalışıram. Yaşına və dəbə uyğun geyinməlisən. Pəhriz saxlamıram. Gündə üç dəfə yemək yeyirəm. Ən gec saat 7-nin yarısında şam edirəm. Əgər sonradan acsam, yalnız su içirəm və ya alma yeyirəm. Pəhriz saxlamaq, ac qalmaq düzgün deyil. Mən kafelərdə yeməyi xoşlamıram. Evdə xörək hazırlamağı sevirəm. Bilirəm ki, özüm bişirdim və ən əsası təmizdir. Öz evimi çox istəyirəm. Çalışıram ki, ilk əvvəl evimdə səliqə-səhman, gözəllik yaradım.
ima`ges12 Suğra Bağırzadə: Onunla dava etmək də, küsmək də xoşdur FOTOSESSİYA
– Suğra xanım, deyirlər, yaş artdıqca, övladlar böyüdükcə sevgi azalır…

– Düzgün fikir deyil. Amma təbii olaraq yaş ötdükcə Leyli-Məcnun kimi qala bilmirsən. Yaş artdıqca hörmət də çoxalır. Hər yaşa uyğun məxsusi sevgi, hörmət, çılğınlıq var. Demək olmaz ki, nəsə azalır, nəsə çoxalır. İnsan öz mədəniyyətinə uyğun biri ilə ailə qurmalıdır. Əgər həyat yoldaşının mədəniyyəti səninki ilə eynidirsə, onunla dava etmək də, küsmək də, barışmaq da xoşdur.

– Özünüzü xoşbəxt xanım hesab edirsiniz?

– Əlbəttə… İndiyədək nail olduqlarım az deyil. İstədiyim səviyyəyə çatmışam. Əməkdar artistəm, Rəssamlar İttifaqının, Ümumdünya Floristlər Şurasının üzvüyəm. Əsərlərimin dünyada analoqu yoxdur. Ailəm, qızlarım, həyat yoldaşım var. Neft-Kimya Akademiyasını bitirmişəm. Kino Akademiyasında mühəndis kimi çalışmışam. Təqaüdə də mühəndis olaraq çıxmışam. Normal insan həyatı yaşayıram. Niyə də xoşbəxt olmayım?

– İş otağınızda çox romantik ab-hava var…

– Romantik qadınam. Vaxtilə Sovet İttifaqında yaşayan xanımların hamısı romantikdir. O vaxtlar internet yox idi. İndi siz hər yeri gəzirsiniz. Biz o vaxtlar kitablar oxuyurduq, qəhrəmanlarla xəyallar qururduq, onların həyatını yaşamağa çalışırdıq. İndi də kitab oxuyuram. Hətta mənə maraqlı gələn məqamları qeyd edir, yaddaşıma yazıram.

– Yerli telekanalları izləyirsiniz?

– Mənə “Mədəniyyət” kanalı daha maraqlıdır. Burada aktyorlardan, rəssamlardan, onların yaradıcılıqlarından bəhs edirlər. Yerli, yaxud xarici serialları çox izləmirəm. Ümumiyyətlə, əyləncəni, səs-küylü məkanları xoşlamıram. Teatra, baletə gedirəm. İstəyirəm nəvələrimi də daha çox operaya, baletə aparım.

Previous Post

Suğra Bağırzadə: «Onunla dava etmək də, küsmək də xoşdur» — FOTOSESSİYA

Next Post

Türkiyədən Rusiyaya jest

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post

Türkiyədən Rusiyaya jest

Türkiyədən Rusiyaya jest

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.