Sudanın qərbindəki Marra dağları bölgəsində güclü torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı/Ordusu (SLM) hadisədə ən azı 1000 adamın öldüyünü, yalnız birinin sağ qaldığını açıqladı.
Elchi.az xəbər verir ki, SLM lideri Əbdülvahid Nurun verdiyi açıqlamaya görə, avqustun 31-də yağan güclü yağışdan sonra baş verən torpaq sürüşməsi kəndi dağıdıb.
“İlkin məlumatlara görə, bütün kənd sakinləri ölüb, yalnız bir nəfər sağ qalıb”.
Hərəkat Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq yardım təşkilatlarına müraciət edərək, aralarında qadın və uşaqların da olduğu qurbanların qalıqlarının çıxarılmasını istəyib. SLM kəndin “tamamilə məhv edildiyini” elan etdi.
Darfurda müharibə və humanitar böhran
Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri arasında gedən vətəndaş müharibəsi üçüncü ilinə qədəm qoyub. Xüsusilə Əl-Fəşarda toqquşmalar intensivləşib, Darfurda aclıq elan edilib. On minlərlə insan həlak olub, milyonlarla insan ev-eşiyindən didərgin düşüb, təxminən dörd milyon insan paytaxt Xartumu tərk etmək məcburiyyətində qalıb. Regiondakı zorakılıq beynəlxalq yardımın çatdırılmasına əhəmiyyətli dərəcədə mane olur.
Şayəstə Hüseynova






















Son şərhlər