Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında paytaxt və ətraf şəhərlərdə şiddətli toqquşmalar davam edir.
Elchi.az xəbər verir ki, Sudanda iki hərbi qüvvə arasında toqquşmalar 32-ci gündə də davam edib. Sudanda ikinci aya daxil olan qarşıdurmalarda 822 mülki vətəndaş həyatını itirib.
Ordu səhər saatlarında paytaxt Xartum və qonşuları Bəhri və Umdurmandakı Çevik Dəstək Qüvvələri məntəqələrini reaktivlərlə vurub .
Havadan bombardmanlardan sonra sözügedən şəhərlərdə şiddətli toqquşmalar baş verib.
Xartumun cənub və şərqindəki bəzi məhəllələrdə atəş səsləri eşidilib .
Nuranə Məmmədova