Sudan ordusu ölkəyə nəzarəti bərpa etdi

84

Sudan Silahlı Qüvvələri hazırda Darfurun qərb bölgəsinin bir neçə ərazisi istisna olmaqla, ölkənin bütün ərazisinə nəzarəti bərpa edib.

Elchi.az xəbər verir ki, bu barədə Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan bildirib.

Burhan Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Hamdan Daqalo ilə görüşdən də imtina edib.