Su altında ən uzun ömür rekordu

83

Florida Universitetinin professoru su altında ən uzun yaşamaq rekordunu qırıb. Su altında qaldığı müddətdə bir sıra fiziki və psixoloji sağlamlıq müayinələrindən keçən Cozef Dituri iyunun 9-da su səthinə çıxmağı planlaşdırır.
Elchi.az CBS News-a istinadən xəbər verir ki, sözügedən rekordu qırmaq üçün bir növ sualtı oteldə yaşayan Cozef Dituri əvvəlki rekordu 73 gün keçib.
Mayın 13-də su altında 74-cü gününü tamamlayan Dituri, sosial media hesabından verdiyi açıqlamada hələ prosesi bitirməyi düşünmədiyini; O, 100-cü günün sonunda suya çıxmağı planlaşdırdığını bildirib.
Dituri, “Birinci gündən məqsədim gələcək nəsilləri ruhlandırmaq, dəniz altında həyatı tədqiq edən alimlərdən müsahibə almaq və insan orqanizminin ağır şəraitdə necə işlədiyini öyrənmək olub”,-deyib

Nuranə Məmmədova