Stoltenberqdən Almaniyaya ÇAĞIRIŞ

169

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanı Ukrayna silahlı qüvvələrinə uzaqmənzilli “Taurus” raketlərini təhvil verməyə çağırıb.

Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “NTV” telekanalı məlumat verib.

“Almaniyanın Ukraynaya qətiyyətli dəstəyi, o cümlədən tanklar və hava hücumundan müdafiə sistemləri çox vacibdir. Ukraynanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququ var…”, – deyə baş katib bildirib.

Diplomat qeyd edib ki, ölkə Ukrayna tərəfinə yardım etməli, bununla da BMT Nizamnaməsinə ciddi münasibət nümayiş etdirməlidir.

O, ABŞ, Böyük Britaniya və Fransanın artıq Kiyev rejimini uzaqmənzilli silahlarla təmin etdiyini də vurğulayıb. Baş katib Ukrayna Silahlı Qüvvələrinə əsas Avropa silah təchizatçılarından biri kimi Almaniyadan da analoji dəstək olacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Almaniya müdafiə departamentinin rəhbəri Boris Pistorius yaxın həftələrdə “Taurus” qanadlı raketlərinin Ukraynaya çatdırılmasına icazə verib. Onun qiymətləndirməsinə görə, bir-iki həftə ərzində respublikanın Nazirlər Kabineti “Taurus” raketlərinin tədarükü barədə qərar qəbul edəcək.


Yeganə