NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Funke” media qrupuna müsahibəsində xəbərdarlıq edib ki, Kiyev Rusiya qoşunlarına qarşı əks-hücumunu davam etdirdiyi üçün Ukraynadakı müharibə tez bitməyəcək.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
“Müharibələrin əksəriyyəti başlayanda gözlənildiyindən daha uzun sürür. Ona görə də biz Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq. Biz hamımız sülhün tezliklə bərqərar olmasını istəyirik”, – deyə Stoltenberq bildirib.
Eyni zamanda o, bəyan edib ki, ukraynalılar döyüşləri dayandırsalar, onların ölkəsi artıq mövcud olmayacaq: “Ukrayna prezidenti Volodimir Zelenski və ukraynalılar mübarizəni dayandırsalar, onların ölkəsi mövcud olmayacaq. Rusiya prezidenti Vladimir Putin və rusiyalı hərbçilər silahlarını yerə qoysalar, biz sülhə qovuşacağıq”, – deyə NATO-nun baş katibi deyib.
Yeganə