Stadionun yerində şadlıq sarayı tikilir

181
SHARES
317
VIEWS

>

Azərbaycanda yeni stadionlar əsasən 2005-ci ildən sonra tikilməyə başlayıb.

Bunu da oxuyun

Elchi.az Sportfm.az-a istinadən xəbər verir ki, həmin il futbolun inkişafına dair dövlət proqramının qəbul edilməsindən sonra Bakıda və bölgələrimizdə bir neçə yaşıl meydança tikilib istifadəyə verildi. Ancaq təəssüflər olsun ki, bu proses proqramın müddətinin bitməsi ilə dayandı. Tikilən stadionların bir çoxu yararsız hala düşdü. Bununla yanaşı, paytaxtımızda olan, sovetlər dönəmindən qalma bir çox stadion dağıdıldı. Onlardan biri uzun illərdir “Razin stadionu” kimi tanınan, Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yaşıl meydançadır.

Müxbir stadiona baş çəkdikdə, ərazidə qızğın tikinti işləri getdiyinin şahidi olub. Orada çalışan fəhlələrin əməkdaşımıza verdiyi məlumata görə, ərazidə şadlıq sarayı inşa edilir.

Bənzər yazılar

Next Post

Son xəbərlər