"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sözün və səsin Ağalar Bayramov zirvəsi

17 Yanvar 2020 - 10:56
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

“Heç kəs başqasının şeirini bu cür içdən gələn bir coşqu ilə söyləyə bilməz” O, 1954-cü ildə Ucar rayonun Boyat kəndində dünyaya gəlib. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdandan bir qədər sonra nənəsi rəhmətə gedir və o, artıq rayonda qala bilmir. 1977-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna qəbul olunur. 1979-cu ildə orada təhsilini başa vuraraq özfəaliyyət dram dərnəyi rəhbəri ixtisasına yiyələnir. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, “Qızıl qılınc” mükafatı laureatıdır. Ailəlidir, bir qızı, bir oğlu var… İlk baxışdan bir qədər kədərli, bir qədər də nisgilli bir ömür tarixçəsidir. Bəlkə də elə bu kədər, bu nisgil hopub onun səsinə. O səs ki, milyonlarla insanı öz ağuşuna alıb uzaqlara aparır-kövrəldir, sevindirir, sevdirir. O səsin sahibi hamının sevimlisi, ifası ilə mədəniyyət tariximizə öz möhürünü vuran Ağalar Bayramovdur. Ağalar müəllim Azərbaycanda bədii qiraət sahəsində böyük bir məktəb yaradıb. Ölkəmizdə bədii qiraət sənətinin bünövrəsini qoyan qiraətçilər var. Onların sırasında Kazım Ziyanı, Müxlis Qənizadəni, Soltan Nəcəfovu, Həsən Əblucu, Mikayıl Mirzəni, Əminə Yusifqızını və İlham Əsgərovu göstərmək olar. Və təbii ki, bu sırada Ağalar Bayramov da var. Ağalar müəllim 1983-cü ildən Bədii Qiraət sənəti ilə məşğuldur. Eyni zamanda sənətkarın mütəmadi olaraq efirlərdə çıxışı, bədii qiraəti ilə ölkəmizi xaricdə layiqincə təmsil etməsi, hər kəsə bəllidir. Ağalar Bayramov tədbirlərdə, bayramlarda, xüsusi günlərdə el şənliklərində özünəməxsus, məlahətli səsi ilə qəlbləri oxşamağın mahir ustasıdır. Xalq şairi Fikrət Qoca demişkən: “Ağalar Bayramov sanki söylədiyi şeirlərin müəllifidir. Heç kəs başqasının şeirini bu cür içdən gələn bir coşqu ilə söyləyə bilməz.” Ağalar Bayramov bədii qiraət ustasıdır, eyni zamanda bədii qiraətilə qəlbləri oxşayan sənətkardır. Ağalar Bayramov böyük qəlb sahibidir və bu qəlb səsləndirdiyi şeirlərdə, elə şeirlərin özü kimi həzin, kövrək, yavaş-yavaş döyünür. Ağalar Bayramovun şeirlərində nəfəs var, bu nəfəs Ağalar Bayramovun ürəyindən insanların qəlbinə axır. Bu, Ağalar Bayramova məxsus sənətdir. Bu sənətdə Ağalar Bayramovun özünəməxsus imzası var. Onu səhnədə görən hər kəs etiraf edə bilər ki, həqiqətən Allah Təala ona məxsusi bir istedad verib. Hər kəsə nəsib olmayan istedadı ilə Ağalar Bayramov qəlbləri oxşayır, öz qabiliyyəti ilə şeirə rəng qatır. Hətta adi, səthi şeirlər belə onun ifasında canlanır, əmələ gəlir, şeirə dönür. Sənətkarın yaradıcılıq yolu, səsləndirdiyi şeirlər kimi həzin, axıcı, ürəkoxşayandır. Həqiqətən də Ağalar Bayramovun səsindəki məlahət, vüqar insanların qəlbini tez bir zamanda ovsunlayır. Ağalar bəy xaraktercə həm də yumşaq adamdır, olduqca kövrək və sadədir. Öz tələbələrinə Ağalar müəllim sənətkar, müəllim kimi deyil, sadə bir insan kimi yanaşır, onların bu sənətdə inkişaf etmələrindən ötrü əlindən gələni əsirgəmir. Getdiyi tədbirlərə, bayramlara tələbələrini də aparıb, hər kəslə öz yetirmələrini tanış edir. Ağalar Bayramov çörək qədri, dost qədri biləndir. Dostu arxadan vurmaz, yalan danışmaz. Ona görə də respublikanın tanınmış simalarının, görkəmli şəxslərinin bir çoxu Ağalar Bayramovla yaxından dostluq edirlər. Onlar bilirlər ki, Ağalar Bayramov etibar ediləsi insandır. Bu günkü gündə məhz belə insanlar, sözün həqiqi mənasında çox azdır.

Ağalar müəllim ömrün 66-cı baharını qarşılayır. Mübarək olsun deyirik bu böyük sənətkara,gözəl və həssas qəlbli insana. Özünün də çox sevdiyi bir şeir var-“mənə yüz il ömür arzulamayın”. Bəli, biz sizə 100 il ömür arzulamırıq. Daha çox yaşayın, uzun və şərəfli bir ömrün sahibi olun. Zatən adınız bu xalqın qəlbində və tarixində əbədiyyətə qədər yaşayacaq!

Elchi/az

Previous Post

Sözün və səsin Ağalar Bayramov zirvəsi

Next Post

Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıb

Bənzər yazılar

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Elchi.az -ın məlumatına görə, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab...

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34

ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılmasını təsdiqləyib. Elchi.az  xəbər verir ki, bu barədə o, "Truth Social" sosial...

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarka Hərbi Hava Qüvvələrinin (HHQ) "Fennec" tipli helikopteri ilə bağlı insidentə görə bu ölkənin səfiri...

Next Post
Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıb

Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıb

Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıb

Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıb

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.