"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Söyün Sadıxov “Azərros”un yeni prezidenti seçilib – YENİLƏNİB

15 Aprel 2015 - 13:10
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap
abbas9Qurumun yeni rəhbəri səfir Polad Bülbüloğlunun həmvətənlərinin taleyinə münasibətini pisləyib

 

Bunu da oxuyun

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “Azərros”un VI hesabat-seçki birləşdirici qurultayının yekun hissəsi keçirilib.

 

APA-nın məlumatına görə, qurultayın işində Rusiyanın 43 regionundan 87 nümayəndə iştirak edib.

 

Onların arasında 14 regional təşkilat, Rusiya azərbaycanlılarının regional təşkilat hüququna malik 19 yerli milli-mədəni muxtariyyəti, habelə Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri olub.

 

Xatırladaq ki, qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub. Məqsəd Tver və Nijni Novqorod vilayətlərinin regional milli-mədəni muxtariyyətlərinin rəhbərlərinin birləşdirici qurultayda iştirak etmələri üçün onlarla dialoq qurmaq olub. Bəlli olduğu kimi sözügedən vilayətlərin Azərbaycan diaspor rəhbərləri qurumun əksər üzvlərinə qoşulmaq istəməyiblər və Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz “qurultayı”nı keçiriblər. Həmin “qurultay”a qurumun əksər üzvləri buraxılmayıb.

 

Yanvarın 17-də olduğu kimi aprelin 14-də qurultayın işini pozmaq üçün cəhdlər edilib. Konkret olaraq Rusiya hüquq-mühafizə orqanlarına qurultayın planlaşdırıldığı zala bomba qoyulması haqda yanlış məlumat verilib. Bu təxribat nəticəsində qurultay nümayəndələri və qonaqlar bir neçə saatı yaxınlıqdakı mehmanxananın holunda keçirmək məcburiyyətində qalıblar. Lakin bu, qurultayın keçirilməsinə mane olmayıb, çünki nümayəndələr qurultayın işini yekunlaşdırmaq əzmində olublar. Bütün iştirakçılar yaranmış vəziyyəti A. Abbasov və ətrafının növbəti şərəfsizliyi kimi qiymətləndiriblər. Nəticədə qurultay 1 saat gecikməklə, digər yerdə – Greenwood Biznes Mərkəzində keçirilməli olub. Qurultayda gündəlikdə qalan 3 məsələ – prezident, Federal Şura və Nəzarət-Təftiş Komissiyası sədrlərinin seçkiləri müzakirə olunub. Prezidentliyə namizədlər olan “Azərros” Federal Şurasının üzvü Mehriban Abdullayeva və vitse-prezident Yusif Xıdırov öz namizədliklərini geri götürüblər və Söyün Sadığovun namizədliyini irəli sürüblər. S. Sadığovun namizədliyini həmçinin “Azərros”un Ulyanovsk vilayətinin yerli təşkilatının rəhbəri İslam Hüseynov, Krasnoyarsk vilayəti təşkilatının sədri Ayaz Məmmədov, Rostov vilayəti təşkilatının sədri Vaqif Mustafayev, Samara vilayəti təşkilatının sədri Rafiq Qəmbərov və Kaluqa vilayəti təşkilatının sədri Eldəniz Amanov irəli sürüblər. Onlar S. Sadığovun namizədliyinin seçilməsinin vacibliyini “Azərros” ətrafında yaranmış mürəkkəb durumla əlaqələndiriblər.

 

Moskva vilayəti təşkilatından “Azərros”un prezidenti vəzifəsinə Qalib Ağayevin namizədliyi irəli sürülüb. Qurultay nümayəndələrinin əksəriyyəti S. Sadığovu “Azərros”un prezidenti seçiblər. Nizami Bəşirov qurumun Federal Şurasının sədri, Mehriban Abdullayeva isə Nəzarər-Təftiş Komissiyasının sədri seçilib. Həmçinin qurultayın qərarı ilə “Azərros”a Krım azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti qəbul olunub. Qurultayda Moskva şəhərinin milli siyasət, regionlararası əlaqələr və turizm Departamentinin nümayəndəsi İqor Tiunçik çıxış edib. O, demokratik seçkilərin bütün prinsiplərinin riayət olunduğu qurultayın əhəmiyyətini önə çəkib, habelə qurumun yeni prezidentinə uğurlar arzulayıb.

 

S. Sadığov çıxışı zamanı A. Abbasovun “Azərros”un parçalanmasına səbəb olan addımlarını pisləyib və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Azərros”dakı münaqişəyə laqeyd münasibətindən, yanvarın 17-də və aprelin 14-də qurultay iştirakçılarına qarşı atılmış addımlara və pozuntulara göz yummasından, fevralın 20-də keçirilmiş “qurultay”a və A. Abbasovun azərbaycanlılara qarşı cinayət əməllərinə reaksiya verməməsindən təəssüfləndiyini bildirib. O, nümunə kimi Rusiyanın Ukraynadakı səfiri və konsulunun etnik rusların hüquqlarının pozulduğu hallarda operativ şəkildə onların müdafiəsinə qalxdıqlarını göstərib. S. Sadığov P. Bülbüloğlunun Rusiya vətəndaşları olan həmvətənlərinin öz tədbirlərini keçirmək üçün öncədən icarə haqqı ödənilmiş yerlərdən qanunsuz çıxarılarkən, bu kimi hallara reaksiya verməməsinin başa düşmədiyini bildirib.

 

“Azərros”un Moskva vilayəti üzrə regional təşkilatının rəhbəri Qalib Ağayev isə A. Abbasovun həmyerlilərinə qarşı əməllərindən danışarkən, onun erməni daşnaklara sadiqliyindən və onlarla əlaqələrindən bəhs edib. “Azərros”un vitse-prezidenti qeyd edib ki, A. Abbasov Rusiyanın bəzi məmurlarını aldadaraq, onların əli ilə Rusiyadakı Azərbaycan diasporunun iradəsini boğmağa çalışır və bununla Rusiya vətəndaşları olan azərbaycanlıların konstitusiya ilə təsbit olunmuş hüquqlarını pozur. “Biz Vladimir Putinin seçiciləriyik. Rusiya vətəndaşlarının hüquq və öhdəlikləri pozulanda, susa bilmərik. Çünki Rusiyanın ictimai-siyasi həyatının fəal iştirakçılarıyıq”, – deyə o vurğulayıb.

 

Qurultayda çıxış edən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Yaroslavldan olan Asman Hüseynov və Krasnoyarskdan olan Ayaz Məmmədov “Azərros” ətrafında yaranmış durumla əlaqədar öz münasibətini açıqlayıblar. Onlar qeyd ediblər ki, S. Sadığovun qayıdışı quruma yeni impuls verəcək və “Azərros”u dərin böhrandan çıxaracaq.

 

Tədbirin sonunda iştirakçılara qoşulan Azərbaycan səfirinin müavini Qüdsi Osmanov zalda əyləşənlərə fəal iştiraka görə təşəkkür edib. Qurumun gələcəyi naminə demokratik seçkilərin vacibliyini önə çəkən Q. Osmanov qeyd edib ki, Azərbaycan dövləti və prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin taleyinə biganə deyil.

 

Qurultayda çıxış edən İslam Komitəsinin sədri Heydər Camal isə qurultayın nəticələri münasibəti ilə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.

 

Tədbirin sonunda qurultay iştirakçıları Rusiya və Azərbaycan prezidentlərinə müraciətlər qəbul ediblər. Rusiya prezidentinə müraciətdə qeyd olunur ki, Rusiyanın bəzi məmurlarının A. Abbasovun əməllərinə köməyi nəticəsində Rusiya vətəndaşları olan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Bununla əlaqədar qurultay iştirakçıları Rusiya konstitusiyasının qarantı olan V. Putinə müraciət edərək ondan müvafiq tədbirlərin görülməsi və məsələnin araşdırılması üçün tapşırıqlar verməsini xahiş ediblər.

 

A. Abbasovun Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, qurultay iştirakçıları Azərbaycan prezidenti İ. Əliyevə müraciətdə ondan A. Abbasovun əməllərinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqanlara göstəriş verməsini xahiş ediblər. Onlar həmçinin qeyd ediblər ki, A. Abbasov qeyri-qanuni hərəkətləri ilə ona yaxın olmayan Azərbaycan diasporunun nümayəndələrinə problemlər yaradır, qurumdan şəxsi maraqları naminə istifadə edir və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün əlindən gələni edir.

 

Previous Post

Söyün Sadıxov “Azərros”un yeni prezidenti seçilib – YENİLƏNİB

Next Post

“Nabat” bədii filmi Fəcr Beynəlxalq Film Festivalında

Bənzər yazılar

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

21 Avqust 2026 - 11:29

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil...

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb. Elchi.az -ın məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir....

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər. Elchi.az ...

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18

İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. Elchi.az "Reuters" agentliyinə...

Next Post

“Nabat” bədii filmi Fəcr Beynəlxalq Film Festivalında

“Nabat” bədii filmi Fəcr Beynəlxalq Film Festivalında

Son xəbərlər

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

21 Avqust 2026 - 16:56
Reuters: Venesuela limanlarında tankerlər 30 günə qədər növbə gözləyir

Reuters: Venesuela limanlarında tankerlər 30 günə qədər növbə gözləyir

21 Avqust 2026 - 16:48
Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

21 Avqust 2026 - 16:31
Suriya İsrailin Türkiyə ilə bağlı iddiasına cavab verdi

Suriya İsrailin Türkiyə ilə bağlı iddiasına cavab verdi

21 Avqust 2026 - 16:26
ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib

ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib

21 Avqust 2026 - 16:20
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

21 Avqust 2026 - 16:10
MEDİA: Respondentlərin 88,2%-i yaşı 16-dan aşağı olanların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir – SORĞU

MEDİA: Respondentlərin 88,2%-i yaşı 16-dan aşağı olanların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir – SORĞU

21 Avqust 2026 - 15:25
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

21 Avqust 2026 - 13:30
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

21 Avqust 2026 - 12:30
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Avqustun pensiya ödənişi yekunlaşıb

21 Avqust 2026 - 12:22
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

21 Avqust 2026 - 12:17
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

İsmayıllıda toyda 24 nəfər zəhərlənib

21 Avqust 2026 - 12:02
Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir

Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir

21 Avqust 2026 - 11:50
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

21 Avqust 2026 - 11:42
Səfir: Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir

Səfir: Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir

21 Avqust 2026 - 11:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.