Rusiya müdafiə naziri Sergey Şoyqu Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin toplantısında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.
Elchi.az “Trthaber”-ə istinadən xəbər verir ki, S.Şoyqu Rusiyanın Ukraynadakı hərbi əməliyyatı əhali arasında itkiləri minimuma endirmək üçün qəsdən ləngitdiyini bildirib.
Kiyevin Minsk razılaşmalarını yerinə yetirməkdən imtina etməsinin Donbas sakinləri və gələcəkdə Rusiyaya təhlükə yaratdığı üçün Ukraynada fəaliyyət göstərdiklərini bildirən Şoyqu deyib:
“Xüsusi hərbi əməliyyat plan üzrə gedir və bütün missiyalar tamamlanacaq”.
Rusiya hərbi birləşmələrinin humanitar hüquq normalarına əməl etdiyini əsas gətirən Şoyqu Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi obyektlərin yüksək dəqiqlikli silahlarla vurulduğunu bildirib:
“Eyni zamanda, dinc əhali arasında itkilərin olmaması üçün hər şey edilir. Təbii ki, bu, hücumların sürətini aşağı salır. Amma biz bunu şüurlu şəkildə edirik”.
Yeganə