Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun sözlərinə görə, yanvarda Ukrayna Silahlı Qüvvələri 6,5 mindən çox əsgər, 26 təyyarə və 7 helikopter itirib.
Elchi.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o, Tematik konfransda vurğulayıb ki, rus qoşunları Qərbin təchiz etdiyi silahları əzməkdə davam edir.
208 pilotsuz uçuş aparatı, 341 tank, 40 reaktiv yaylım atəşi sistemi və digər döyüş maşınları da məhv edilib. Şoyqu qeyd edib ki, düşmən hərbi yardıma baxmayaraq, xeyli itki verir:
“Rusiya qoşunlarının qrupları Kiyevə verilən bütün silah və texnikanı həm çatdırılma marşrutlarında, həm də döyüş mövqelərində məhv etməyə davam edir”.
Yeganə