"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Soydaşlarımız Heydər Əliyevin 103-cü ildönümünü silsilə tədbirlərlə qeyd etdilər

15 May 2026 - 17:36
in SİYASƏT
FacebookVatsap

Dünya azərbaycanlıları hər il olduğu kimi bu il də xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasınının ildönümünü böyük ehtiram və dərin minnətdarlıqla yad ediblər.

Bunu da oxuyun

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

Bu barədə Elchi.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.

ABŞ, Almaniya, Danimarka, Əlcəzair, Fransa, Gürcüstan, Kanada, İspaniya, İsveç, Qazaxıstan, Misir, Moldova, Niderland, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdə yaşayan soydaşlarımız Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçiriblər. İdman yarışları, guşələr, açıq dərslər, konsertlər və məlumatlandırıcı aksiyalar vasitəsilə dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və onun tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin beynəlxalq nüfuzunun artmasında və müasir Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz xidmətlərindən danışılıb.

Tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizin inkişafındakı müstəsna rolundan, Azərbaycanın mədəni irsinin qorunmasına və Türk dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrdən geniş bəhs olunub. Ümummilli Liderin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitliyin bərpa olunduğu, dövlət institutlarının gücləndirildiyi və ölkəmizin gələcək inkişafının təməlinin qoyulduğu xatırladılıb. Eyni zamanda, onun zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığı diqqətə çatdırılıb. Bildirilib ki, görkəmli dövlət xadiminin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yoluna işıq saçır və onun yaratdığı dövlətçilik prinsipləri uğurla davam etdirilir.

Məsələn, ABŞ-nin Nyu York ştatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan “Prezident kuboku” (“President Cup”) şahmat turnirində Ulu Öndərin Azərbaycanda şahmatın inkişafındakı misilsiz xidmətlərindən danışılıb. Eyni zamanda, Barlebendə keçirilən idman festivalının əsas məramını Heydər Əliyevin uşaqlara, gənclərə və ailə dəyərlərinə verdiyi yüksək önəm təşkil edib. Bu yanaşmalar tədbirlərin ruhuna sirayət edib və xüsusi rəğbətlə qarşılanıb.

Tədbirlərin bədii hissəsində tanınmış musiqiçilərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən seçilmiş parçalar böyük maraq və heyranlıqla dinlənilib. Dünyanın müxtəlif ölkələrində böyüyən azərbaycanlı uşaqlar isə Vətənə, Azərbaycana və Ulu Öndər Heydər Əliyevə olan dərin sevgilərini şeirlərlə ifadə ediblər. Həmçinin, Ümummilli Liderin zəngin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə həyata keçirdiyi tarixi xidmətlər və gələcək nəsillərə miras qoyduğu dəyərlərdən bəhs edən filmlər iştirakçıların Ulu Öndərlə bağlı dolğun informasiya əldə etməsinə imkan yaradıb.

Soydaşlarımızın fəal iştirakı ilə keçirilən tədbirlər bir daha sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları bütün dünya azərbaycanlıları üçün bir vəhdət simvoludur. Onun uzaqgörən siyasəti və vətənpərvərliyi nəticəsində Azərbaycan diasporunun möhkəm təməli formalaşdırılıb.
Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü idönümünə həsr olunan tədbirlərin təşkilində ABŞ-nin Nyu York ştatındakı “Chess Father” şirkəti, Almaniyanın paytaxtı Berlindəki Azərbaycan Evi, Ştutqart Azərbaycan Evi, Almaniya Azərbaycanlıları Alyansı, Maqdeburqdakı Heydər Əliyev adına Dünya Boks Komitəsi, Diaspor Boks Liqası, Danimarka Azərbaycan Evi, Əlcəzairdəki diaspor nümayəndələri, Fransa Azərbaycanlıları Koordinasiya Şurası, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, “ElTV Production”, İspaniyadakı Barselona Azərbaycan Evi, İsveçdəki “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyəti, Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəzdindəki Azərbaycan Mərkəzi, Misir Azərbaycan Dostluq Cəmiyyəti, Moldova Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Koordinasiya Şurası, Rusiyanın “Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan milli-mədəni muxtariyyəti” Regional ictimai təşkilatı, Volqoqrad şəhərindəki soydaşlarımız, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev adına liseyin, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) “İğdır Azərbaycan Evi” Dərnəyi, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) “İğdır Azərbaycan Evi” Dərnəyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Ukraynanın Jitomir şəhərindəki “Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi”, Krivoy Roq şəhərindəki “Azərbaycan Diasporu” təşkilatı, Odessa vilayətindəki “Birlik” diaspor təşkilatı kimi bir sıra diaspor təşkilatları, müxtəlif ölkələrdəki Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan Evləri və diaspor üzvləri xüsusi fəallıq nümayiş etdiriblər.

 

Previous Post

Türk dünyası XXI əsrin mühüm güc mərkəzinə çevrilməlidir

Next Post

Tramp: ABŞ İran üzərində tam hərbi qələbə qazanıb

Bənzər yazılar

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti...

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib. Elchi.az xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham...

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50

Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik. Elchi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın...

Next Post
Tramp: ABŞ İran üzərində tam hərbi qələbə qazanıb

Tramp: ABŞ İran üzərində tam hərbi qələbə qazanıb

Əraqçi: İran münaqişənin həllində Çinin vasitəçiliyini alqışlayır

Əraqçi: İran münaqişənin həllində Çinin vasitəçiliyini alqışlayır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

12 Oktyabr 2026 - 11:45
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12 Oktyabr 2026 - 11:43
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

12 Oktyabr 2026 - 11:42
Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

12 Oktyabr 2026 - 11:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.