"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sosial təminat sistemi əhalinin 22 faizini əhatə edir

18 Oktyabr 2014 - 12:55
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah bu rayonda 3 saat işıq olmayacaq

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsiimg1657869 Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İtaliyanın Turin şəhərində Avropa Şurasına (AŞ) üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə Avropa Sosial Xartiyası üzrə beynəlxalq konfransda deyib.
İki gün (17-18 oktyabr) davam edəcək tədbirin Nazirlər Sessiyasında Azərbaycanın sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsinin adından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.
Bu tədbirin mövzusu olan sosial müdafiə və sosial birlik məsələsinin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik prioritetləri sırasında mühüm yer tutduğunu vurğulayan S.Müslümov cari ilin sentyabrinda ölkəmizin AŞ-na üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransa ev sahibliyi etdiyini qeyd edib:
“Konfrans iqtisadi böhran dövründə sosial birlik və Avropa sosial modeli, Avropa cəmiyyətlərində müxtəliflik, daha inkluziv cəmiyyətlər üçün cari və gələcək problemlər kimi mühüm mövzuların müzakirəsi və həll yollarının müəyyən olunması baxımından səmərəli oldu. Biz bu məsələlərlə bağlı davamlı dialoqun əhəmiyyətinə inanır və bu baxımdan Azərbaycan hökumətinin AŞ-nın sosial birliyə məsul nazirlərinin növbəti konfransının Bakıda keçirilməsinə hazır olduğunu bir daha bildiririk”.
Nazir bu gün sosial hüquqların təmin olunmasına ən böyük maneələr sırasında dağıdıcı müharibələri və etnik təmizləmələri qeyd edib. “Bunların nəticəsində milyonlarla insan qaçqın və məcburi köçkünlərə çevrilir ki, bu da dünyanın bir çox yerlərində, o cümlədən mənim ölkəmdə sosial birliyin təmin edilməsinə ciddi problem yaradır”.
S.Müslümov insan ləyaqətinin, firavanlıq və təhlükəsizliyinin təmin edilməsinə hərtərəfli yanaşmanın, insan hüquqları ilə yanaşı, sosial hüquqlara da eyni dərəcədə önəm verilməsinin vacibliyindən söz açıb, potensial həssas şəxslərin – ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, yoxsulların, işsizlərin və b. sosial hüquqlara çıxışının həyatı əhəmiyyət daşıdığını qeyd edib.
Nazir bildirib ki, AŞ Nazirlər Komitəsi bu məsələlərə xüsusi önəm verir:
“AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan AŞ-nın beynəlxalq və regional təşkilatlar, o cümlədən Aİ ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə xüsusi diqqət göstərir. Azərbaycan Hökumətinin Avropa Sosial Xartiyasına bağlılığını bir daha təsdiq etmək istəyirəm. Bizim Xartiyaya qoşulduqdan sonrakı 10 il Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox səmərəli olub. Ölkədə ÜDM 3,4 dəfə artıb, iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə respublikada 1 milyon 300 min yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi 5.3%-ə enib. Ölkə əhalisinin gəlirləri isə 6,5 dəfə artıb”.
S.Müslümov yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması səyləri ilə yanaşı, respublika hökumətinin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb:
“Hazırda ölkəmizdə 1 milyon 273 min nəfərdən çox vətəndaş pensiya ilə təmin olunub, eyni zamanda 491 min nəfər sosial yardım, 321 min nəfər sosial müavinət alır. Ümumiyyətlə, sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir”.
Nitqini yekunlaşdıran nazir konfransda səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib. Konfrans Avropada davam edən iqtisadi böhran şəraitində Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsi məsələlərinin müzakirəsi ilə davam edib.
Previous Post

Sosial təminat sistemi əhalinin 22 faizini əhatə edir

Next Post

Minarə ilə Cenkin qızı oldu: körpənin ilk fotosu

Bənzər yazılar

Sabah bu rayonda 3 saat işıq olmayacaq

Sabah bu rayonda 3 saat işıq olmayacaq

27 Noyabr 2026 - 19:27

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və...

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

27 Noyabr 2026 - 18:43

Baş nazirin müavini Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatları və Agentliyin təlim potensialı ilə tanışlıq...

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

27 Noyabr 2026 - 17:35

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Fövqəladə halların xəbərdar edilməsi və mövcud problemlər” mövzusunda müşavirə keçirilib. Nazirlikdən Elchi.az-a verilən...

FHN-in yanğınsöndürənləri arasında peşə hazırlığı yarışı keçirildi – FOTO

FHN-in yanğınsöndürənləri arasında peşə hazırlığı yarışı keçirildi – FOTO

27 Noyabr 2026 - 17:15

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Köpük verməklə ən...

Next Post

Minarə ilə Cenkin qızı oldu: körpənin ilk fotosu

Minarə ilə Cenkin qızı oldu: körpənin ilk fotosu

Son xəbərlər

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10
Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56
Sabah bu rayonda 3 saat işıq olmayacaq

Sabah bu rayonda 3 saat işıq olmayacaq

27 Noyabr 2026 - 19:27
Azərbaycanda bu müəssisə özəlləşdirildi

Azərbaycanda bu müəssisə özəlləşdirildi

27 Noyabr 2026 - 19:20
Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

27 Noyabr 2026 - 19:13
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05
Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

27 Noyabr 2026 - 18:56
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

27 Noyabr 2026 - 18:43
Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

27 Noyabr 2026 - 18:25
Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

27 Noyabr 2026 - 18:09
Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

27 Noyabr 2026 - 17:59
İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

27 Noyabr 2026 - 17:48
“Traktor”un qadın futbol klubu qalib gəldi

“Traktor”un qadın futbol klubu qalib gəldi

27 Noyabr 2026 - 17:42
FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

27 Noyabr 2026 - 17:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.