NATO-nun baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının Ukrayna sərhədlərinə doğru hərəkət etdiyini bəyan edib.
Virtualaz.org saytı “Reuters”ə istinadən xəbər verir ki, NATO baş katibi bunu Avropa İttifaqının xarici siyasət üzrə idarəsinin rəhbəri Federika Mpqerini ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Rusiya qoşunlarının Ukrayna sərhədlərinə doğru necə yaxınlaşdığını görürürk” – deyə Yens Stoltenberq bəyan edib.
NATO baş katibinin sözlərinə görə, Rusiya separatçıları əvvəlki kimi dəstəkləyir, onlara təlim keçir və hərbi avadanlıqla təchiz edir. Bundan əlavə, Yens Stoltenberq bildirib ki, Şərqi Ukrayna ərazisində Rusiya xüsusi xidmət orqanlarının çoxsaylı əməkdaşları var.