“Son illərin ən böyük kiberhücumları” Fələstinin ticarət qurumlarına qarşı həyata keçirilib

93

Fələstində bir çox kommersiya qurum və təşkilatının “son illərin ən böyük kiber hücumuna” məruz qaldığı açıqlanıb.
Elchi.az xəbər verir ki,Fələstin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən açıqlamada, Fələstindəki bir çox kommersiya qurum və təşkilatının kiberhücumlara məruz qaldığı bildirilib.
Fələstinin rabitə və informasiya texnologiyaları naziri İshaq Sedr qeyd edib ki, bunlar Fələstinin son illərdə məruz qaldığı “ən böyük” kiberhücumlardır.
Sedr, problemi həll etmək üçün bütün günü telekommunikasiya şirkəti qrupları ilə koordinasiyada işləyən nazirliyin komandasına güvəndiyini bildirib.
İsrail internet saytları və böyük şirkətləri daha əvvəl dəfələrlə kiber hücumlara məruz qaldıqları halda, Fələstinin ilk dəfə belə bir kiber hücuma məruz qaldığı barədə açıqlama verilib.

Nuranə Məmmədova