Son iki gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Oktyabrın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tüfəng, 1 patron darağı və 279 ədəd müxtəlif...





















Son şərhlər