"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Son görüşümüzdə dedi ki…”

22 Noyabr 2014 - 13:50
in CƏMİYYƏT
FacebookVatsap

Rafiq Tağı… Bu adın ardınca heç nə yaza bilmir adam. Və adam o vaxt heç nə yaza bilmir ki, ya sözüf128c408b68cc871d372b6c408773c16 olmur, ya da həddindən artıq çox olur.

Bunu da oxuyun

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

 

Rafiq Tağı barədə acı-şirin təəssüratlarım o qədər çoxdur ki, yazmaqla bitməz. Yazıçı kimi… Həkim kimi… Dost kimi… İnsan kimi…

 

Amma bu dəfə onu Ata kimi xatırlayacağıq: faciəli ölümünün 3-cü ildönümündə, qızı Qəmərlə… Kulis.az-ın “Atamın xatirəsi” layihəsində…

 

 

– Əvvəlcə özünü təqdim elə, tanımayanlar tanısın…

 

– Qəmər Tağılı. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində ekologiya ixtisası üzrə təhsil alıram. 18 yaşım var. İkinci kursdayam.

 

– Atan səni həkim görmək istəyirdi, məncə…

– Yox. Bunu mən özüm arzulayırdım. Atam gözəl həkim idi deyə bu peşəni sevdirmişdi mənə. O, istəmirdi həkim olmağımı. Deyirdi, ağır işdir, çətinlikləri çoxdur. Yayındırırdı məni. Qismət… Amma çox istəyərdim atam kimi həkim olum. Məncə onun humanistliyi həm də həkimliyindən gəlirdi. Gözəl həkim, gözəl yazıçı, gözəl insan…

 

– Səncə asandı belə olmaq?    

 

– Yoox (gülür). Çox çətindi, bilirəm. Amma həmişə arzulamışam.

 

– Bütün yaşananlara rəğmən, Rafiq Tağı deyəndə mənim yadıma ilk olaraq bir topa işıq düşür… Sən ilk nəyi xatırlayırsan?  

 

– Yaxşılıq sözünü. Çünki o, ata kimi mənə həyatda hər şeyin ən yaxşısını öyrədib. Atam məni də, qardaşımı da tam inandırdıb ki, insan düşdüyü vəziyyətdən asılı olmayaraq insanlığını, humanistliyini itirməməlidir. Eyni zamanda ekstremal şəraitdə təmkinli olmağı öyrədib. Sadəcə sözdə deyil, hərəkətlərində, davranışlarında da! Heç o hadisə baş verən gün də bizə heç nə bildirmədi.

 

– Uşaq idin onda…

 

– 10-cu sinifdə oxuyurdum. Qapını mən açdım. Əynində palto vardı. Heç bir qan ləkəsi-filan yox idi. Üzünə baxanda da heç bir şey hiss etmədim. Əyin-başı da həmişəki kimi səliqəli idi. Yerişində də qeyri-adi heç nə yox idi. Bircə ondan şübhələndim ki, məni qucaqlamadı. Axı o, həmişə işdən gələndə mənimlə qucaqlaşıb görüşürdü… Bu dəfə sadəcə “Qızım necəsən?” – söylədi. İçəridə anama deyəndə eşitdim. Dedi, uşaqlara bildirmə, məni bıçaqlayıblar. Ana da inanmadı. Çünki inanılası heç nə yox idi. Paltonu çıxarandan sonra məlum oldu hər şey.

 

– Deyirlər, mühafizəkar olub ailədə…

 

– Nə mənada?

 

– Yəni, qadının qadın yeri, kişinin kişi…

 

– Hə. Amma bu, sözün yaxşı mənasında belə idi. Bizi incidəcək, qəlbimizə dəyəcək həddə yox.

 

– Qardaşın səndən böyükdür də…

 

– Hə. O, 91-dir. Ali məktəbi də bitirib, əsgərliyini də çəkib.

 

– Tərəfkeşlik olmasın, nədənsə mənə elə gəlir ki, səni qardaşından çox istəyirdi…

 

– Yox-yox… Elə deyildi… Bizə fərq qoymurdu. Sadəcə bir deyim var ki, qızlar atalara daha yaxın olur, o mənada belə görünür. Mən gözümü açandan atama çox bağlı olmuşam. Düzdür, anamı da çox sevirəm, amma atamla başqa cür idi. Biz həm də yaxın dost idik.

 

– Son görüşünüzü necə xatırlayırsan?

 

– Məni dərsə həmişə o yola salırdı. Avtobusa qədər. Hadisə olan gün də dayanacağa qədər gəldi. Elə bil nəsə dammışdı ürəyimə. Dedim, ata, artıq böyümüşəm, özüm gedərəm, səni zəhmətə salmaq istəmirəm. Etiraz elədi. Dedi, nə qədər sağam, səni özüm yola salacam, özüm də qarşılayacam. Həmin axşam hadisə baş verdi. Gedib xəstəxanada baş çəkdim. Məni buraxmırdılar ki, pis olarsan. Amma getdim…

 

Çox tərləmişdi, halsız idi, alnından öpdüm, kövrəldim. Məni sakitləşdirdi. “Narahat olma, qızım, yaxşıyam” – dedi. Bundan sonra bir dəfə də telefonda danışdıq. Yenə mənə təsəlli verdi, dedi, hər şey yaxşı olacaq.

 

Axırıncı gün də gedəcəkdim, alınmadı. Sonra da özümü bağışlamadım. Gərək gedərdim… Bir məsələ də var ki, heç kim öləcəyinə inanmırdı. Özü də nikbin idi. Qəfil oldu.

 

– Yazılarını nə vaxtdan oxuyursan?

 

– Ağlım kəsəndən oxuyuram. Yazılarını oxumağıma elə də maraqlı deyildi. Dərslərimə üstünlük verirdi. Amma, təbii, izləyirdim. Sonuncu yazısı da yadımdadır: “İran və qloballaşma qaçılmazlığı”. Hadisədən sonra oxudum yazını. Bizə bildirməmişdi bu barədə. Hadisədən bir az əvvəl həbs olunduğu üçün narahat idik yazılarından. Ona görə bildirmirdi. Atanın bir iş rejimi vardı: işdən gəldi, bir az dincəlir, dostlarıyla telefonda danışır, saat 11 radələrində yatırdı. Saat 5-dən klaviaturanın səsini eşidirdim. O səsə oyanırdım çox vaxt. İşi olmayan gün kompüterin qarşısında qoyub məktəbə gedir, qayıdanda yenə eyni şövqlə yazdığını görürdüm. Səmimi deyim, qorxu vardı içimdə, narahat olurdum. Gəlirdim yanına, ata, bir az yumşaq yaz, deyirdim… “Narahat olma, qızım!” – deyirdi. Həm də fəxr edirdim atamla! Böyük adam olduğunu bilirdim.

 

– Tutulanda necə, yanına getdin? Lap uşaq idin, ona görə soruşuram…

 

– Bir dəfə dayım apardı məni. Atam gördü pis oluram, uzun görüşmədi bizimlə. Ayrılanda kövrəlib ağladım. Ayrılıq pis şeydir!

 

– Evdə həkim kimi necə idi? İynə vururdu, məsələn, yoxsa əli gəlmirdi? 

 

– Vururdu. Mən indi də iynədən qorxuram. Amma nədənsə atam vuranda qorxmurdum. Elə bilirdim onun əli ilə ağrıtmaz. Ona həkim kimi də çox inanırdım. Bizi xəstəliklərlə bağlı çox maarifləndirmişdi. Xəstələnəndə həmişə onun söylədiklərini xatırlayıram. Başqa həkimlərə çox da inanmıram. İnana bilmirəm. O, təkcə ata kimi deyil, həkim kimi də yanımızdadır həmişə.

 

– Kitabına sənnən olan şəklini verib…

 

– Həəə… O gün heç yadımdan çıxmır. Sarı don geyinmişdim. Hansısa fotostudiyaya apardı məni. Uşaq idim, ünvan yadımda qalmayıb. Çox gözəl gün idi…

 

– Zarafatlaşırdı heç?

 

– Həəə… Başına gələn məzəli əhvalatları elə gözəl danışırdı ki… Özü də bizə qoşulub gülürdü. Gözündən yaş gələnəcən… Çox sevirdi gülməli əhvalatları.

 

– Dəfn günü sənin səsini eşitdim: “O tabutdakı mənim atam ola bilməz! Yalan deməyin! Atam heç vaxt məni qoyub getməz!” İnanmaq çox çətin oldu?

 

– Çox! İnanılmaz dərəcədə… Amma oxucularının, dostlarının onu unutmaması bizə böyük təsəlli oldu. Atam böyük adamdır. Təmiz yaşadı, hamıya yaxşılıq elədi, gözəl əsərlər yaratdı, həyatda böyük iz qoydu. Belə ömür hər kəsə nəsib olmur.

 

Previous Post

“Son görüşümüzdə dedi ki…”

Next Post

Bina tikmək üçün sahibkarı xəstəxanalıq etdilər – MƏLUMAT

Bənzər yazılar

Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

05 İyun 2026 - 09:55

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı...

Sabah Şəkinin bəzi küçələrində qaz olmayacaq

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

05 İyun 2026 - 09:46

Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə Elchi.az  "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə,...

Biləcərinin bir hissəsində işıq olmayacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

05 İyun 2026 - 09:21

Bu gün Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə, iyunun 5-də Nizami...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

Next Post

Bina tikmək üçün sahibkarı xəstəxanalıq etdilər - MƏLUMAT

Bina tikmək üçün sahibkarı xəstəxanalıq etdilər - MƏLUMAT

Son xəbərlər

Tokayev “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunu imzaladı

Tokayev “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunu imzaladı

05 İyun 2026 - 11:01
Dünyada bir ilk: Süni intellekt peyvənd hazırladı

Dünyada bir ilk: Süni intellekt peyvənd hazırladı

05 İyun 2026 - 10:53
Texnologiya şirkəti xəbərdarlıq edir: Süni intellekt “əyləc pedalına” ehtiyac duyur

Texnologiya şirkəti xəbərdarlıq edir: Süni intellekt “əyləc pedalına” ehtiyac duyur

05 İyun 2026 - 10:45
Asiya El Ninoya hazırlaşır: Gözlənilməz və riskli

Asiya El Ninoya hazırlaşır: Gözlənilməz və riskli

05 İyun 2026 - 10:38
Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

05 İyun 2026 - 10:26
Bot internet trafiki insan internet trafikini üstələyir

Bot internet trafiki insan internet trafikini üstələyir

05 İyun 2026 - 10:14
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edildi

Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib

05 İyun 2026 - 10:07
Bakı nefti 113 dolları ötdü

Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

05 İyun 2026 - 10:00
Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

05 İyun 2026 - 09:55
Sabah Şəkinin bəzi küçələrində qaz olmayacaq

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

05 İyun 2026 - 09:46
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş yenidən ucuzlaşıb

05 İyun 2026 - 09:34
Biləcərinin bir hissəsində işıq olmayacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

05 İyun 2026 - 09:21
Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.