Türkiyənin İstanbul şəhərində Cərrahpaşa xəstəxanasında bir terrorçu həkimləri girov götürüb.
Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, terroçu xəstəxananın psixiatr şöbəsinin bütün həkimlərini girov götürüb.
Hadisə yerinə polis cəlb edilib və araşdırma aparılır. Xilasetmə heyətinin gəldiyi məlumatları da var. Ancaq hələ ki, terrorçunun girov əməliyyatı davam edir. Həkimləri girov götürən şəxsin polis əməkdaşı formasında olduğu bildirilir.