Son 150 il ərzində itlərin beyinləri böyüyüb

86

İsveçli bioloqlar 159 cins it və canavarın kəllə sümüklərini tədqiq ediblər.

Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.

Bioloqlar son 150 ildə ortaya çıxan müasir cinslərin bədən ölçüləri ilə müqayisədə daha böyük kəllələrə sahib olduğunu aşkar ediblər.

Üstəlik, bir çox başqa tədqiqatlar göstərir ki, vəhşi heyvanların əhliləşdirilməsi onların beyin ölçüsünü əhəmiyyətli dərəcədə azaldır. Bu, sağ qalma resurslarına olan tələbatın azalmasına cavab ola bilər.

Lakin yeni araşdırmanın nəticəsi gözlənilməz oldu. Canavarın beyin ölçüsü eyni ölçüdə olan itinkindən 24 faiz böyük idi, lakin cins genetik olaraq canavardan nə qədər çox fərqlənirdisə, beyin də bir o qədər böyük idi.

Ola bilsin ki, min il əvvəl itlərin əhliləşdirilməsi əvvəlcə onların beyinlərinin bir hissəsini kiçildib, lakin son əsr yarımda müasir yetişdirmə bəzi idrak inkişafını təmin edib.

Yeganə