Somali hökumətinin tələbi ilə Amerika Birləşmiş Ştatlarının Afrika Komandanlığı (AFRICOM) “Əş-Şəbab” qruplaşmasının terrorçularına qarşı üç hava hücumu həyata keçirib və nəticədə 10 yaraqlı öldürülüb.
Elchi.xəbər verir ki, bu barədə “AFRICOM”un rəsmi portalında dərc olunmuş məlumatda deyilir.
Qeyd olunub ki, zərbələr Afmadov şəhəri ərazisində həyata keçirilib.
Bundan əvvəl Somali radiostansiyası “Dalsan” məlumat verib ki, Somali hökumət qüvvələri bazar günü Aşağı Cubba bölgəsindəki Afmadov şəhəri yaxınlığında 30-dan çox “Əl-Şəbab” yaraqlısını məhv edib.
Xatırladaq ki, “Əl-Şəbab” terror qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minə qədər yaraqlısı var.