Prezident Vuçiçi AB-nin himayəsi altında Kosovo və Serbiya arasında dialoqun təşviqinə gətirib çıxaracaq çətin qərarlar qəbul etmək üçün maksimum qətiyyət nümayiş etdirməyə və buna hazır olmağa çağırırıq.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun Serbiya Prezidenti Aleksandr Vuçiçə birgə ünvanladıqları məktubda qeyd olunub.
“Kosovo və Serbiya arasında münasibətlərin tam normallaşması Qərbi Balkanlar üçün vacibdir”, – məktubda qeyd olunub.
Bundan əlavə, məktubda AB-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçaka dəstək olaraq Şoltsun müşaviri Yens Pletner və Makronun müşaviri Emmanuel Bonnun təyin olunduğu bildirilib.
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib
Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər. Elchi.az xəbər verir...






















Son şərhlər