Rejissor Kirill Serebrennikov bildirib ki, onun Hamburqdakı “Talia” teatrındakı çıxışında Almaniya kansleri Olaf Şolts iştirak edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Serebrennikov Teleqram kanalında deyib: “Şolts əvvəlcə siqaret çəkən otaqda şərab içdi və tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərə sevincini bildirdi”.
Rejissorun sözlərinə görə, aktyorlardan biri improvizə oxuyub və Şoltsun Macarıstanın baş naziri Viktor Orbanla münasibəti haqqında zarafat edib: “Hamı güldü və deyəsən kansler inciməyib”.
O, həmçinin yüksək səviyyəli səfərin təfərrüatlarını təqdim edən teatr direktoru Tom Tilldən sitat gətirib. Onun sözlərinə görə, cümə günü axşam kanslerin səfəri ilə bağlı teatra xəbərdarlıq edilib. Tamaşa başlamazdan əvvəl iki limuzin sakitcə binaya doğru getdi və qısa qəbuldan sonra Şolts mühafizəçilərin müşayiəti ilə auditoriyaya girdi və tamaşaçılar arasında əyləşdi.
Yeganə