Sonuncu dəfə Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə təxminən il yarım əvvəl danışıb.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Şolts “Markische Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, onların son telefon danışığı 2022-ci ilin dekabrında olub.
“Bundan əvvəl biz bir-birimizlə daha tez-tez danışırdıq”,-deyə Şolts bildirib.
O, qeyd edib ki, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün qalmış onlar Moskvada şəxsən danışıblar – onların görüşü dörd saatdan çox davam edib.
Bundan əvvəl məlum olub ki, Olaf Şolts hazırda bəzi ölkələrin Ukraynada sülhün bərqərar olması perspektivlərini müzakirə etdiyini bildirib. O, bəyan edib ki, sülh hər an mümkündür.
Yeganə