Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq istədiyini bildirib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Şoltsun sözlərinə görə, o, bunu tezliklə etmək niyyətindədir.
Şolts qeyd edib ki, o, Putinlə Ukraynada münaqişə başlamazdan əvvəl və artıq Rusiya xüsusi əməliyyatı zamanı danışıb.
Almaniya kansleri Nürnberqdə protestant kilsələrinin konqresində çıxış edərkən “Uzun müddətdir ki, bunu etməsəm də, yaxın gələcəkdə bunu təkrar etmək niyyətindəyəm”-deyib.
Şolts Berlinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini xatırladıb:
” Ədalətli sülh yalnız Rusiya qoşunları çıxarılacağı təqdirdə mümkündür”.
Məsələnin diplomatiya yolu ilə həlli ilə bağlı sualları cavablandıran Şolts qeyd edib ki, danışıqlar normaldır:
Yeganə