ŞOK: Yeni avtomobillərin sürücüləri xərçəng xəstəliyinə tutulma riski altındadır

Yeni avtomobillərin sürücüləri onkoloji xəstəliklərə tutulma riski altındadır.
Elchi.az xəbər verir ki, çinli mütəxəssislər araşdırma zamanı yeni avtomobilin qoxusunun ölümcül xəstəliklərə səbəb ola biləcəyini müəyyən ediblər.
Mütəxəssislər hesab edirlər ki, havada 20-yə qədər təhlükəli maddə cəmləşir ki, bu da insan sağlamlığına, onkoloji xəstəliklərə qədər ciddi ziyan vura bilər.
Bu kimyəvi qarışığın mənfi təsiri salonda olandan yarım saat sonra özünü göstərməyə başlayır. Narahatlığın ilk əlamətləri isə başgicəllənmə, ürəkbulanmadır.
Yeganə