Bizdə olan kəşfiyyat məlumatlarına əsasən, hazırda Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Rumıniya və Bolqarıstan Rusiya ilə savaşa hazırlaşır.
Elchi.az xəbər verir ki, bu fikirləri rusiyalı kəşfiyyatçı, polkovnik Rüstəm Klupov “Rossiya 1” telekanalının efirində deyib.
“Bu ölkələrin NATO ilə birgə 500 minlik tam hazır ordusu mövcuddur. İki aya bu rəqəmin 750 minə, bu ilin sonuna isə bir milyona çatdırılması gözlənilir. NATO hazırda Ukraynanı Rusiyanı zəiflətmək naminə pladstarm kimi istifadə edir. Əsl müharibənin bu ilin sonunda başlaması planlaşdırılır”, – deyə polkovnik qeyd edib.