Soçidə növbəti görüş

🗓 16.08.2014 02:54 ✍️ "Elçi" qəzeti

Bu gün Rusiyanın Soçi şəhərində Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanovla Ukraynanınimg1619580 prezident administrasiyasının başçısı Boris Lojkininin görüşü olub.


ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna prezidentinin mətbuat xidməti bildirib. 

"Tərəflər avqustun 17-də Berlin şəhərində Ukrayna, Almaniya, Fransa və Rusiyanın xarici işlər nazirlərinin görüşünün keçirilməsini müzakirə ediblər", - deyə xəbərdə deyilir.

Həmçinin qeyd edilir ki, Berlin görüşündə müzakirə olunacaq gündəlik məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Twitter səhifəsində yazıb ki, avqustun 17-də Berlində 4 ölkənin xarici işlər nazirlərinin arasında danışıqlar aparılacaq.

Bənzər yazılar